Xaç atası 2

Xaç atası 2 (ing. The Godfather Part II) — rejissor Frensis Ford Koppolanın 1974-cü ildə çəkdiyi filmi. Film Mario Püzonun eyniadlı romanı əsasında çəkilmişdir. "Xaç atası" qanqster dramının davamıdır.

Xaç atası 2
ing. The Godfather Part II
Janr dram
Əsas mövzu mütəşəkkil cinayətkarlıq[d]
Rejissor Frensis Ford Koppola
Prodüser Frensis Ford Koppola
Ssenari müəllifləri Mario Püzo
Frensis Ford Koppola
Baş rollarda Al Paçino
Robert de Niro
Taliya Şayr
Bəstəkar
İstehsalçı Paramount Pictures
Distribütor Paramount Pictures
İlk baxış tarixi 12 dekabr 1974[1], 28 iyul 1975[2], 25 sentyabr 1975[3], 27 avqust 1975
Filmin növü bədii film
Müddət 200 dəq.
Büdcə 13 milyon $[4]
Gəlir 193 milyon $[5]
Ölkələr ABŞ ABŞ
Dillər ingilis dili, Siciliya dili
İl 1974
Əvvəlki film Xaç atası
Sonrakı film Xaç atası 3
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Florida, Mayami, Siciliya
IMDb ID0071562
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Academy Award for Best Original Dramatic Score
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

"Xaç atası" filminin ikinci seriyasında süjet xətti iki müxtəlif istiqamətlərə ayrılır: onlardan biri ilk seriyadan əvvəlki, digəri isə ilk seriyadan sonrakı hadisələri göstərir. Birinci istiqamət Vito Korleonenin həyatını əks etdirir. İkinci istiqamət Vitonun oğlu Maykl Korleonenin ailənin başçısı seçilməyindən sonrakı fəaliyyətini nümayiş etdirir.

Gələcək don Korleone Vito Andolini kimi 1891-ci ildə Korleonedə anadan olmuşdu. Vitonun doqquz yaşı olarkən onun atası yerli mafiya başçısını təhqir etdiyinə görə öldürülür. Daha sonra onun anası və qardaşı Paolo da mafioz qrupunun əli ilə öldürülür. Vito uşaqlıqda inkişafdan qalmışdı və danışa bilmirdi. Lakin buna baxmayaraq, onun ailəsinin qatili don Çiço Vitonun gec-tez ondan intiqam alacağına inanır və onu axtarmağa başlayır. Bu səbəbdən qohumları onu Amerikaya yola salırlar. Orada uşaq gömrük səhvi ucbatından Korleone soyadı ilə qeyd olunur. Bu zamandan etibarən onun adı Vito Korleone olaraq qalır.

Filmdə onun həyatının növbəti dövrü kimi XX əsrin 10-cu illərində yaşadığı Nyu-Yorkda gəncliyi göstərilir. O, dostu Cenko Abbandandonun atasının dükanında işləyir. Ancaq yerli kriminal aləmin başçılarından biri olan don Fanuççinin tələbi ilə Vito işdən çıxarılır. Tezliklə o, yerli oğru Pit Klemensoya kömək etməli olur. Nəticədə Vito kriminal aləmə cəlb olunur. Vito onun özü, Klemenso, Cenko və Klemensonun dostu Salvador Tessiodan ibarət quldur dəstəsi yaradır. Don Fanuççi onların qazancının bir hissəsini pay istəyəndə Vito onu izləyir və Pasxa bayramı zamanı italyan məhəllələrinin birində Fanuççini öldürür. Tezliklə Korleone ailəsi böyüyür və dostlar zeytun istehsalı işinə baxan xüsusi "Cenko" şirkəti açırlar.

Bir qədər sonra Vito gənc həyat yoldaşı və kiçik oğlu ilə onun həyatını xilas etdikləri üçün qohumlarına təşəkkür etməyə gəlir. Onun bir məqsədi də artıq çoxdan qocalmış don Çiçodan intiqam almaq idi. Çiçonun öldürülməsi zamanı Vitoya dostu Tomazino köməklik göstərir (bu – birinci seriyada Mayklın Siciliyada yanında gizləndiyi şəxsdir). Don Çiçonu öldürən Vito yenidən Amerikaya qayıdır.

1950-ci illər. Korleone ailəsi Nevada ştatının Taho gölünün sahilində Vito Korleonenin oğlunun ilk priçastiyesini (xristian dini ayini) keçirir. Maykl böyük qardaşı Fredonun arvadı ilə yola getmədiyini görür. Mafioz, eyni zamanda Vito Korleonenin köhnə dostu Frenki Pentenceli ilə görüşür. Frenki Nyu-Yorkda Korleone ailəsinin biznesinə mane olan Rozatto qardaşları ilə haqq-hesab çürütmək istəyirdi. O, bu təkliflə Maykla müraciət edəndə rədd cavabı ilə qarşılaşır. Çünki daha ciddi problem var: yerli senator Pet Giri Korleonelərin biznesini sıxışdırmağa cəhd edir, lakin ailə senatoru geri çəkilməyə məcbur edir.

Maykl artıq Korleone ailəsinin kriminal aləmdən çıxıb müstəqil və qanuni işləyəcəyinə inanmayaraq, həyat yoldaşı Key öldürülməmiş özü sui-qəsd haqqında fikirləşir. Korleone ailəsində satqın üzə çıxır və Maykl bir müddət gözə görünməməyi qərara alır. O, Mayamiyə gedir. Orada yaşa dolmuş qanqster Hayman Rotla rastlaşır. Onunla birgə Kubada turistik biznes açmağa qərar verir. Lakin bu o qədər də sadə başa gələn iş deyil. Rot Mayklı öz varisi adlandırır və nə vaxtsa onu oyundan çıxaracağına ümid edir. Gənc don Maykl bunu çox yaxşı başa düşür və Rota sui-qəsd təşkil edir. Bu, Fredonun satqınlığına köməyin əlaqəsini üzür.

Gözlənilməz inqilab zamanı Kubada Maykl onu pis xəbərlər gözləyən evə gedir. Arvadı uşaq saldırıb könüllü abort etdirib, Fredo uğurla Havanadan qaçıb və evə qayıtmağa qorxur. Frenki Pentenceli FTB-yə satılır və düşünür ki, don Rozatto qardaşlarına onu öldürməyi tapşırıb. Ancaq bu belə deyildi. Key evdə baş verən mərəkədən sonra Mayklı tərk edir və mafiya başçısının arvadı olmaqdan qəti imtina edir. Uşaqlarını, yəni oğlunu və qızını Maykl öz yanında saxlayır. Fredo ilə görüşdən sonra o, satqınlığına görə böyük qardaşından üz döndərir, amma anasının əsəblərini sarsıtmamaq üçün onu rahat buraxır. Bir qədər sonra Key uşaqlarının yanına gəlir. Maykl bunu görəndə soyuqqanlılıqla qapını onun üzünə bağlayır. Fredo anası ilə vidalaşmağa gəlir. Guya vidalaşmağa, əslində isə öldürməyə. Havanada inqilab zamanı Mayklla Fredonun söhbəti baş tutur. Maykl bu hadisənin onu necə ağrıtdığını və bu ağrının anasının ölümündə heç vaxt sakitləşməyəcəyini deyir. Don Korleone anlayır ki, satqının öhdəsindən gəlmək lazımdır, çünki bunu nə vaxtsa, kiməsə bağışlamaq qeyri-mümkündür. Hətta doğma qardaşını da bağışlamaq olmaz! Əgər don Maykl Fredonu bağışlasa, bu, yazılmamış qanunlardan kənara çıxma olacaq. Və əgər bu baş verərsə, o, hər şeyi itirəcək.

Pentenceli Maykl onun İtaliyadan gələn qardaşı ilə qorxudur. Məhkəmə zalında qardaşını görən Frenki öz ifadəsindən imtina edir. Tom Haqenin məsləhəti ilə o, günahı boynundan atır. O, eləcə də başa düşür ki, onun satqınlığının sübutu yoxdur. Hayman Rot Korleone ailəsindən olan Rokko Lamponenin əlilə öldürülür. Sui-qəsd zamanı Rokkonun özünü də güllələyirlər. Maykl ailənin başçısı olaraq qalır.

Filmdə olan ikili süjet xətti sonda yenidən ikiləşir. Səhnələrdən birində don Vito Korleonenin 1941-ci ildə keçirilmiş ad günü mərasimi göstərilir. Bu mərasim zamanı Maykl dəniz qoşunlarına yazıldığını deyir. Konni gələcək arvadı Karlo Rissi ilə görüşür. Ailə Mayklın orduda xidmətini qəbul etmir və o, böyük masa arxasında tək-tənha qalır. İkinci kadrda Mayklın təklikdə nəsə düşündüyü və onun siciliyadan getməsi haqqında xatirələri yadına saldığı göstərilir.

İndi artıq Maykl tək-tənha qalıb. Onun nə arvadı, nə qardaşı, nə anası, nə də düşmənləri var. O, tamamilə tək qalıb.

Film haqqında

  • "Xaç atası"nın ikinci hissəsi çəkiləndə yeni çəkiliş texnologiyaları yaranmışdı. Lakin filmin ikinci hissəsi eynilə birincinin apparaturası ilə çəkilmişdir.
  • Filmin çəkilişlərinə 13 milyon dollar xərclənmişdir. Bu ilk seriyaya sərf olunandan 7 milyon çoxdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri: Mario Püzo, Frensis Ford Koppola
Rejissor: Frensis Ford Koppola
Bəstəkar: Nino Rota
Prodüser: Frensis Ford Koppola

Rollarda

AktyorRol
Al Paçinodon Maykl Korleone
Robert de NiroVito Korleonenin gəncliyi
Robert DüvallTom Hagen
Dayan KitonKey Adams
Con KazaleFrederiko "Fredo" Korleone
Taliya ŞayrKonstansiya "Konni" Korleone
Jerve Spredlinsenator Pet Qiri
Eyb ViqodaSalvatore Tessio
Li StrasberqHayman Rot
Maykl V. QassoFrenk Pentenceli
Morqana KinqKarmella Korleone
Riçard BraytEl Neri
Qastone Moskindon Fanuççi
Denni AyelloToni Rozato

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.