Xaçınyalı
Xaçınyalı — Azərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsində kənd.[1]
Xaçınyalı | |
---|---|
39°48′20″ şm. e. 46°25′37″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Xaçınyalı Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə bir qrup ailənin Xaçınyalı adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Xaçının üstü" mənasındadır.[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
Xaçın, Xaçin, Xaçen adları Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, xüsusən Qarabağda, Zəngəzurda, ümumilikdə Qərbi Azərbaycanda daha çox təsadüf olunandır. Xaçınçay, Xaçın meşəsi, Xaçın dərəsi, Xaçın qalası, Xaçın yalı, Xaçen vilayəti, Xaçınbulaq, Xaçınabad, xaçındərbəndli kimi yer-yurd adları çoxdur. Xaçen qədim Qarabağın orta əsr qalalarından biri və eyniadlı vilayətin mərkəzi şəhəri olmuşdur. Beş yüz ildən artıq bir dövrdə mövcud olmuş bu şəhər Həsən Cəlalinin monqollar tərəfindən öldürülməsindən sonra, yəni 1227-ci ildə Şərəf əl-mülk tərəfindən dağıdılmışdır. Əbu Duləfin (X əsr tarixçisi) yazdığına görə, xaçen şəhəri Qapan dağlarının yaxınlığındadır. X əsrdə Qapan vilayəti təqribən indiki laçın və Qafan bölgələri ilə birlikdə onlar arasındakı sahələri əhatə edirdi. Onun yaxınlığındakı Xaçen indiki Xaçın çayının (Ağdam) axdığı yerlərə uyğun gəlir. Araşdırmalardan məlum olur ki, Xaçen qalası, Xaçen vilayəti və s. yer-yurd adları xaçen türk tayfasının adını özündə əks etdirir. Xaçen tayfalarında digər türk tayfaları kimi qoçaq və döyüşkən olmuşlar, onlar vətənimizin hərbi və siyasi həyatında fəal iştirak etmiş, xüsusən monqollarla mübarizədə fərqlənmişlər. Ona görə də Azərbaycanın bu bölgəsində rast gəlinən xaçenlə bağlı yer-yurd adlarına, xaçın sözünə qarşı diqqətli yanaşmalı və ermənilərə imkan vermək lazım deyildir ki, onlar bizi, yer-yurdumuzu xristianlığın xaçı ilə eyniləşdirib mənimsəsinlər. Deməli, Laçın bölgəsinin Xaçınyalı yaşayış yerinin mənası da adı Xaçen türk tayfasının ilə birbaşa bağlı olub "Xaçen tayfasına yalı", yaxud "xaçınların yalı" mənasını özündə əks etdirir.
Mədəniyyəti
Kənddə ibtidai məktəb, uşaq bağçası, kənd klubu, mağaza, tibb məntəqəsi olmuşdur.
Coğrafiyası və iqlimi
Rayon mərkəzindən şimal-qərb istiqamətində 47 km məsafədə yerləşir. Ağ qaya adlanan dağın ətrafında salınmışdır.Piçənis kənd icra nümayəndəliyinin tərkibindədir. Kənd dəniz səviyyəsindən 1555 m yüksəklikdə yerləşir. Kəndin cənubunda Şəlvə çayı keçir. Kəndin yaxın ətrafında Piçənis, kürdhacı, hacısamlı, kəndləri yerləşir. Kəndin yaxın ətrafında Sarıdərə, taronun yeri, Alçalı dərə adlanan ərazilər yerləşir. Kəndin ətrafında bir çox bulaqlar var. Bunlardan Ulaslı bulaq, Qamışlığın bulağı, Seyidlər bulağı və s.
Əhalisi
Tanınmış şəxsiyyətləri
- Məhəmmədov Seyid Məhəmməd Kərbalayi Kərim oğlu - din xadimi
- Səfəralı Xəlilov-Repressiya qurbanı
- Oqtay Güləliyev - Azərbaycanın Milli Qəhrəmanı
- Səlim Səlimov - Azərbaycan Ali Sovetinin deputatı (1990-1995)
Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhid olanlar
- Alməmmədova Minarə Əli qızı
- Alməmmədova Kəmalə Şəmil qızı
- Alməmmədova Minarə Şəmil qızı
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Mənbə
- Ziyadxan Nəbibəyli. "Zəngəzurun altun tacı Laçın", kitab. səhifə 144, Bakı, 2009.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Xaçınyalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.