XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi, ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric (Primary, Secondary, IGCSE, AS/A Levels), IBDP üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 500-dan çox şagirdə təhsil xidməti göstərir.[1]
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi XXI century, XXI əsr | |
---|---|
40°22′49″ şm. e. 49°49′21″ ş. u. | |
Şüar | Şagirdlərimizin, 21-ci əsrdə uğurlu olmaları üçün tələb olunan əsas bacarıqları onlara qazandıran və məzunu olmaqdan həyatları boyu qürur duyduqları bir məktəb olmaq. |
Əsası qoyulub | 2001 |
Tip | İbtidai və tam orta məktəb. |
Direktor |
Müşahidə şurasının sədri: Fərhad Qaraşov İcraçı direktor: Müzəffər İsmayılov |
Tələbə sayı | 530 |
Müəllim sayı | pedaqoji heyət: 145 nəfər |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı şəhəri Yasamal rayonu, İnşaatçilar prospekti 98. |
Sayt | 21century.edu.az/az/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tədris
Bağça və məktəbə hazırlıq
Mərkəzin nəzdində məktəbəqədər təhsil müəssisəsi "Kipinä Baku" adı ilə fəaliyyət göstərir. Məktəbəqədər təhsil pilləsinə, Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–5 yaşlı uşaqlar qəbul edilir. "Kipinä" brendi "Finlandiya dövlət məktəbəqədər təhsil proqramı" əsasında yaranmış qlobal markadır.[1]
İbtidai məktəb
Mərkəz üç bölmə üzrə Azərbaycan, rus və ingilis dillərində təhsil verir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum əsasında, ingilis dilində təhsil isə Kembric kurikulumu əsasında, Kembric Beynəlxalq Məktəbi statusu ilə fəaliyyət göstərir. İbtidai sinifləri məktəb daxilində ayrıca korpusda yerləşdirilir və siniflərdə orta uşaq sayı maksimum 18 nəfərlə məhdudlaşdırılır.[1]
Orta və tam orta məktəb
Mərkəz daxilində fəaliyyət göstərən orta və tam orta məktəbdə üç bölmə üzrə, Azərbaycan, rus və ingilis dillərində təhsil verilir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum, ingilis dilində təhsil isə Kembric kurikulumu və Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB DP) əsasında aparılır. Mərkəz Kembric Beynəlxalq Məktəbi və IB Dünya Məktəbi statusu ilə fəaliyyət göstərir. Bu təhsil pilləsi üzrə şagirdlərin təhsilləri 10–11-ci siniflər üzrə müxtəlif təmayüllər üzrə qurulur və şagirdlər daha kiçik qruplarda (4–5 nəfər) imtahan verəcəkləri fənnlər üzrə daha intensiv tədrisə cəlb edilir.[1]
Beynəlxalq məktəb
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi dünyanın aparıcı universiteti olan Kembric Universitetinə məxsus yeganə imtahan mərkəzi olan, Beynəlxalq Təhsilin Kembric Qiymətləndirmə (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçmiş rəsmi beynəlxalq məktəbdir.[1]
Beynəlxalq Kembric proqramı ibtidai (1–5) və orta tədris prosesini (6−10) əhatə edir. Beynəlxalq Bakalavriat Diplom Proqramı isə yuxarı (10–11) siniflərdə tədris olunur. Kembric Beynəlxalq məktəbi olaraq (5–16) yaşlı şagirdlər üçün Kembric (ibtidai, aşağı orta və yuxarı orta) International General Certificate of Secondary Education proqramları təklif olunur.
İngilis bölməsində təhsil alan şagird aşağı orta pilləni müvəffəqiyyətlə bitirib yuxarı orta pillədə təhsilini davam edir. Bu mərhələdə (9–10-cu siniflər üzrə) şagirdlər, yeniyetmələr üçün nəzərdə tutulan dünyanın beynəlxalq kvalifikasiyası olan IGCSE (Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı) proqramı üzrə təhsil almağa başlayırlar.
Bu proqram çərçivəsində, ixtisaslarına müvafiq şəkildə şagirdlər, Beynəlxalq Kembric Proqramının onlara təklif etdiyi fənlər üzrə hazırlaşmağa başlayırlar. IGCSE fənninin tədrisi üzrə standart kurs 130 saat nəzərdə tutulub, lakin şagirdlərin seçdikləri istiqamətlər üzrə müəyyən olunan hər bir fənn üçün iki illik kurs Mərkəzdə 200–210 saat nəzərdə tutulub. Beynəlxalq IGCSE (Cambridge IGCSE) proqramı Beynəlxalq Kembric AS & A Dərəcələrinə (Cambridge International AS & A Levels) hazırlıq mərhələsidir.[1]
Cambridge International A Level adətən iki il, Cambridge International AS Level isə adətən bir il davam edir. Cambridge International AS və A Level, Britaniyadakı məktəblərdə təhsil alan şagirdlərin əldə etdiyi AS və A Level ilə bərabər tutulur və bütün Britaniya universitetləri, eləcə də İrlandiya, ABŞ, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Cənubi Afrika, Niderland, Almaniya, İspaniya və Kanada universitetləri də daxil olmaqla dünyanın bir çox tanınmış və nüfuzlu universitetlərində təhsil alma haqqı qazanmaq üçün nəzərdə tutulur.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi həm də baş ofisi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat-The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçmiş səlahiyyətli IB Dünya Məktəbidir. Mərkəz, 16–17-yaşlı şagirdlər üçün nəzərdə tutulan Diplom Proqramını (IB DP) təklif edir. IB Diplom Proqramı 2 il davam edir. Şagirdlər IB Diplom Proqramına 10-cu sinifdə qəbul olunur, 11-ci sinifdə bitirirlər. Bu proqramı üzrə kurslar həm ali, həm də standart səviyyə üzrə təklif olunur. Hər bir şagird həm ali, həm də standart səviyyə üzrə 3 fənn seçir. Hər iki səviyyə üzrə fənlərin müddəti iki il olmasına baxmayaraq, ali və standart səviyyə arasında müəyyən fərqlər vardır.[1]
Dərsdənkənar fəaliyyətlər
Mərkəzdə aşağıdakı dərnəklər fəaliyyət göstərir:
Dillər
- Şahmat
- Üzgüçülük
- Kapoeyra
- Rəqs
- Rəsm (Sehirli fırça)
- Piano
- Gitara
- Robotika (Robotics)
- Futbol
Tədris fəlsəfəsi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi inkişafa açıq zehniyyəti dəstəkləyən, fərdi öyrənmə ehtiyaclarına uyğun, şagirdlərin hərtərəfli inkişafını təmin edən və onlara 21-ci əsrin daha rəqabətli şəraitində vacib hesab edilən bilik və bacarıqları qazandıran mühitdə təhsil verir. Mərkəz özünü aşağıdakı istiqamətlər üzrə digər təhsil Mərkəzlərindən fərqləndirir:
- Beynəlxalq səviyyədə təhsil-Mərkəz, rəsmi qeydə alınmış Kembric Beynəlxalq Məktəbi və IB Dünya Məktəbidir ;
- Fərdi yanaşma-individual bacarıqlara görə xüsusiləşdirilmiş təhsil modelindən istifadə edilir;
- Gələcək üçün öyrənmə-şagirlərin "21-ci əsr bacarıqları" adlandırılan xüsusiyyətləri inkişaf etdiriilir və onlar gələcək rəqabət mühitinə hazırlanır ;
- İnkişafa açıq-inkişaf yönümlü düşüncə konsepsiyası ilə şagirdlərə nailiyyət əldə etmələri üçün istiqamət veriilir ;
- Hərtərəfli inkişaf-şagirdlərin təkcə dərslərində inkişafı deyil, həmçinin onların hərtərəfli inkişafı dəstəklənir.[1]
STEAM Mərkəzi
Science, Technology, Engineering, Arts, Mathematics sözlərinin baş hərflərindən formalaşan STEAM sözü, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin birilikdə istifadə edilərək şagirdlərə istehsal əsaslı təhsil imkanı verir. Mərkəzin STEAM Mərkəzində aşağıdakı istiqamətlərdə müxtəlif məşğələlər aparılır :
- Robotics-Şagirdlər ibtidai siniflərdən başlayaraq öz yaş qruplarına uyğun Lego setləri ilə işləyərək öz robotlarını hazırlama və proqramlaşdırma imkanı əldə edir.
- Kodlaşdırma-Şagirdlər ibtidai siniflərdən başlamaqla 11-ci sinfə qədər yaşlarına uyğun dilləri ilə kodlaşdırmanı öyrənirlər.
- Rəsm atelyesi-Uşaqların xəyal qurma və onu vizual olaraq ifadə etmə bacarıqlarını inkişaf etdirir.[1]
Qəbul
Ümumtəhsil məktəbinə 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər qəbul edilir. 1-ci sinfə qəbul, şagirdin məktəbə hazırlıq səviyyəsini müəyyənləşdirən sınaqla aparılır. 2–11-ci siniflərin Məktəbə qəbul zamanı şagirdlər ilk növbədə intellektual səviyyələrini, yaradıcı qabiliyyətlərini və şəxsi kefiyyətlərini müəyyən edən psixoloji testdən keçirlər. Daha sonra isə şagirdlərin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə ayrı-ayrı fənn bloku üzrə test imtahanı keçirilir.[2]
"Şagirdlərimizin, 21-ci əsrdə uğurlu olmaları üçün tələb olunan əsas bacarıqları onlara qazandıran, uğurlarının təməlində məktəbdə əldə etdikləri bilik və bacarıqların əsas rol oynamasını təmin edən və məzunu olmaqdan həyatları boyu qürur duyduqları bir məktəb olmaq." – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi.[3] |
İstinadlar
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi haqqında — 21century.edu.az Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine. (az.)
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinə qəbul qaydaları Arxivləşdirilib 2020-01-31 at the Wayback Machine. (az.)
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin strateji məqsədləri Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine. (az.)
Xarici keçidlər
- 21century.edu.az — XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin rəsmi saytı
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
- XXI Century International Education and Innovation Centre
- "XXI əsr" catalog
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin idarəetmə strukturunda dəyişiklik edilib — report.az 25 oktyabr 2018
- 21 century shool blog
- Azərbaycanın ən bahalı məktəbləri — Banker.az 11 iyul 2019
- Центр меж. образования и инноваций "XXI ƏSR" — 4kids.az (rus.)
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib — apa.az 28 aprel 2012
- XXI Century International Education and Innovation Centre Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine
- XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, təhsil müəssisəsi adından, koronavirus pandemiyasının (COVID-19) qarşısının alınması və sahibkarlara olan qayğısı istiqamətində ölkə Prezidentinə təşəkkür məktubu göndərdi. — President.az 23 aprel 2020