xAI
xAI — İlon Mask tərəfindən 2023-cü ilin martında qurulan süni intellekt (Sİ) sahəsində çalışan Amerika startap şirkəti.
| ||
---|---|---|
Şirkətlər
Əlaqəli
|
||
XAI | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | süni intellekt |
Təsis tarixi | 9 mart 2023 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçi | |
x.ai |
Zəmin
2015-ci ildə Mask Sİ tədqiqat şirkəti OpenAI-də ilk direktorlar şurasına qoşuldu.[1] O OpenAI-yə 1 milyard dollar sərmayə qoydu,[2] lakin 2018-ci ildə Sİ təhlükəsizliyi ilə bağlı fikir ayrılığı nəticəsində idarəçiliyi təhvil almaq üçün verilən uğursuz təklifdən sonra idarə heyətini tərk etdi.[1]
2023-cü ilin aprelində Financial Times bildirdi ki, Mask süni intellekt startapı yaratmağı planlaşdırır və potensial yeni geniş dil modeli üçün minlərlə Nvidia GPU prosessoru satın alıb.[3]
xAI 9 mart 2023-cü ildə Nevada ştatında İlon Mask tərəfindən[4][5][6] təsis edilib.[7] Şirkətin veb-saytında 2023-cü ilin iyul ayına olan məlumata görə, "xAI-nin məqsədi kainatın əsl mahiyyətini anlamaqdır".[8]
Tarixi
Mask 2023-cü il iyulun 12-də xAI-nin yarandığını rəsmən elan etdi.[9] Tarix (7 + 12 + 23 = 42) Duqlas Adamsın "Avtostopçunun Qalaktika bələdçisi" romanına[10] (hansı ki, superkompüter həyat, kainat və hər şeylə bağlı son sualın cavabının 42 olduğunu hesablayır) və şirkətin "kainatı anlamaq" missiyasına istinad edilərək seçilib.[11][8] Şirkətin baş ofisi Kaliforniyanın San-Fransisko körfəz bölgəsində yerləşir.[12]
Layihənin rəhbərlərinin fikrincə, xAI-nin məqsədlərindən biri müasir modellərdə tapılmayan qabaqcıl riyazi mülahizələrə qadir olan süni intellekt yaratmaqdır.[13]
Noyabrın 3-də Mask, xAI-nin ilk süni intellekt modelini "seçilmiş qrup"a təqdim edəcəyini bildirdi.[14] 4 noyabr 2023-cü ildə Mask və xAI, yalnız Premium+ abunəçiləri üçün Twitter ilə sıx inteqrasiya olunmuş Sİ çatbotu Grok-u elan etdi.[15][16]
İstinadlar
- Stokel-Walker, Chris. "What is xAI, Elon Musk's new AI company, and will it succeed?". New Scientist. July 13, 2023. September 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 6, 2023.
- Goswami, Rohan. "Elon Musk claims he's the reason ChatGPT-owner OpenAI exists". CNBC (ingilis). 2023-05-16. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
- Waters, Richard; Bradshaw, Tim; Murgia, Madhumita; Kinder, Tabby. "Elon Musk plans artificial intelligence start-up to rival OpenAI". Financial Times. April 14, 2023. April 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2023. (abunə tələb olunur)
- "Elon Musk launches xAI in challenge to dominance of ChatGPT owner". The Financial Times. July 12, 2023. July 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2023.
- Bhattacharya, Suryathapa. "Elon Musk Launches xAI, His New Artificial-Intelligence Company". The Wall Street Journal. July 12, 2023. July 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2023.
- Markman, Jon. "Elon Musk Unveils X.ai: A Game-Changer For Investors". Forbes (ingilis). 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
- "X.AI Corp". OpenCorporates. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
- "xAI: Understand the Universe". x.ai (ingilis). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
- Vynck, Gerrit De. "Musk's new AI company, xAI, will aim to solve scientific mysteries". Washington Post (ingilis). 2023-07-15. ISSN 0190-8286. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
- Gairola, Ananya. "How Elon Musk's xAI Launch Date Pays Tribute To Douglas Adam's 'Hitchhiker's Guide To The Galaxy'". Benzinga (English). 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
- elonmusk. "And what are the most fundamental unknown questions?" (Tweet). September 1, 2023. 6 August 2023 tarixində arxivləşdirilib.
- Anirban Ghoshal. "Elon Musk launches xAI to take on ChatGPT-maker OpenAI". Computer World. July 13, 2023. July 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2023.
- Schreckinger, Ben. "Elon Musk's liberal-trolling AI plan has a core audience". Politico. July 17, 2023. October 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 6, 2023.
- Field, Hayden. "Elon Musk says his new startup xAI will debut its artificial intelligence Saturday". CNBC. November 2, 2023. November 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023.
- Neowin, Paul Hill. "Elon Musk gives a glimpse at xAI's Grok chatbot". Neowin (ingilis). 2023-11-04. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
- "Elon Musk Says His New AI Bot 'Grok' Will Have Sarcasm and Access to X Information". Wall Street Journal. 4 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2023.
Xarici keçidlər
- x.ai — XAI rəsmi saytı