Xəzər xulu
Xəzər xulu (lat. Neogobius caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü.
Xəzər xulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Dəstə: Fəsilə: Cins: Növ: Xəzər xulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Morfoloji əlamətləri
Bədəni uzunsov olub, quyruğa getdikcə çox nazikləşir. Başının hündürlüyü eninə bərabərdir, başı aşağı əyilmiş şəklindədir, aşağı vəziyyətdə olub, qarın tərəfinin səthi səviyyəsində yerləşir. Ön burun dəlikləri üst dodağa yaxındır. Quyruq üzgəcinin qurtaracağı kəsik şəklindədir. Birinci bel üzgəcində uzunsov ləkə olur. Alnının eni gözünün diametrindən azdır. Daldakı burun dəlikləri gözün ön kənarından uzaqda yerləşir.[2]
Yayılması
Xəzər xulu Azərbaycan sahillərinin şimal hissəsində - Yalama, Xudat, Xaçmaz və Siyəzən rayonlarında yayılmışdır. Cənuba doğru getdikcə sayı azalır, Kürətrafı rayonunda tək - tək təsadüf edilir.
Çoxalması
Xəzər xulunun maksimal uzunluğu 34.5 sm çatır[3]. Dişilər 2 ilə qədər, erkəklər isə 3 ilə qədər yaşayır.
Təsərrüfat əhəmiyyəti
Xval xulunun heç bir təsərrüfat əhəmiyyəti yoxdur.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 214 s.
- Berg, L.S. 1965. Freshwater fishes of the U.S.S.R. and adjacent countries. vol. 3, quarta edició. Israel Program for Scientific Translations Ltd, Jerusalen, Israel.