Xəzər şirbiti
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü.
Xəzər şirbiti | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Ostariophysi Ranqsız: Otophysi Ranqsız: Cypriniphysae Dəstə: Fəsiləüstü: Cyprinoidea Fəsilə: Yarımfəsilə: Barbinae Cins: Növ: Xəzər şirbiti |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır. Kürülərini suyun temperaturu 20-30°C olduqda tökürlər. Ölçüsündən və yaşından asılı olaraq hər bir dişi balıq 293 mindən 973 minə qədər kürü verir. Başqa balıqlardan fərqli olaraq Xəzər şirbitinin kürüsü yapışqanlı deyil və mayalandıqdan sonra öz həcmini 10 dəfə böyüdür. Odur ki, kürülər daşlara və ya bitkilərə yapışmayaraq suda asılı vəziyyətdə qalır və suyun axarı ilə bir yerdən başqa yerə aparılır. Kürülərin inkubasiya müddəti 23-25°C temperaturda 2-3 gündür. Vətəgə balığıdır, lakin son 30-40 ildə ehtiyatı kəskin şəkildə azalıb, hazırda ovda az təsadüf olunur. Nəslinin kəsilmək təhlükəsi yaranmışdır. Odur ki, Azərbaycanın "Qırmızı Kitabına" daxil edilməsi təklif olunubdur. 1950-1970-ci illərdə onun ovu 0,2-3,6 min sentner təşkil edirdi. Təəssüflər olsun ki, Xəzər şirbitinin ehtiyatının bərpa edilməsi istiqamətində bu günədək heç bir əməli tədbir görülməmişdir. Tezliklə bu sahədə ciddi iş aparılması və bu balığın Kürdə süni artırılması üçün balıq təsərrüfatlarının yaradılması vacibdir.[1]
İstinadlar
- Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh60.