Xəzər şişqarını

Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.

Xəzər şişqarını
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Yarımdəstə:
Clupeoidei
Fəsilə:
Yarımfəsilə:
Alosinae
Cins:
Növ:
Xəzər şişqarını
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161710
NCBI  379819
EOL  223942

Yayılması

Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar.

Morfoloji əlamətləri

Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir. Başı gödək, alçaqdır, gözləri nisbətən iri, döş üzgəcləri gödəkdir.

Yaşayış yeri və həyat tərzi

Xəzər dənizinin bütün sahələrində və Volqa çayı deltasında yayılmışdır, bəzən Ural çayında da rast gəlinir. Uzunluğu 14-28 sm, kütləsi isə 35-220 qramdır. Qidasını plankton heyvanlar, əsaəsn kürəkayaqlı xərçənglər təşkil edir.Cənubi Xəzərdə qışlayır, yazda çoxalmaq üçün kütləvi halda şimala miqrasiya edir.Balıqşünas alimlər müəyyən ediblər ki, Xəzər şişqarınının areal daxilində 4 müstəqil ekoloji populyasiyası mövcuddur. Şimali Xəzər şişqarını, Orta Xəzər şişqarını, Astrabad və Ənzəli şişqarını.

Çoxalması

Xəzər şişqarını cinsi yetişkənliyə 2-3 yaşlarında çatır. Kürüvermələri balığın uzunluğundan asılı olaraq 57,8-159,4 min ədəd olur. Xəzər şişqarının çoxalma məkanı Şimali Xəzərdə Volqanın mənsəbinin qərb hissəsində yerləşən adalar ətrafındadır. Xəzər şişqarını 16-20l’C temperaturda kürü tökür. 20° temperaturda sürfələrin çıxmasını 42-52 saatdan sonra baş verir. Kiçik balıqlar avqust-sentyabr aylarında kütləvi şəkildə Orta və Cənubi Xəzərdə toplanır. Sürfələr Xəzərin qərb sahilləri boyu miqrasiya edir.

Təsərrüfat əhəmiyyəti

Xəzər şişqarınının mövcud ehtiyatı ildə onun 10 min tonadək balıq ovlanmasına imkan verir. Xəzər şişqarını ehtiyatının çox olmasına baxmayaraq, selektiv torlar olmadığından bu ehtiyatdan tam istifadə etmək mümkün deyil. Xəzər şişqarını Şimali Azərbaycan və Dağıstan sahillərində ovlanarkən çoxlu miqdarda nərə cinsli balıqların körpələri də tora düşür. Odur ki, Xəzər şişqarınının ovu məhduddur.Hazırda onun ovu 0,6-1,0 min ton təşkil edir. [2]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z. «Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh45.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 72.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s..

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.