Xəyyam Mustafazadə

Xəyyam Mustafazadə Xaqani oğlu (4 fevral 1987, Bakı) – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Baş Solisti, Azərbaycan Respublikasının əməkdar artisti[1] (2013), bas-bariton.

Xəyyam Mustafazadə
Xəyyam Xaqani oğlu Mustafazadə
Ümumi məlumatlar
Doğum tarixi 4 fevral 1987(1987-02-04) (37 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor
Fəaliyyət illəri 2004-cü ildən
Janrlar klassik, caz, rok, pop
Səs tembri Bas-Bariton
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

Xəyyam Mustafazadə Xaqani oğlu — 4 fevral 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Evlidir. 3 oğlu var.

Təhsili

1993–2004 ilədək 126 saylı orta məktəbdə oxumuşdur. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərmişdir. 9-cu sinifdə oxuyarkən Bakı şəhərin rayonlarının məktəblərarası vokal konkursunun qalibi olmuşdur. 2002–2003-cü illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyada şəxsi müəllim tərəfindən vokal dərsləri almışdır. 2004-cü ildə yüksək balla da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. 2005-ci ildə (II kurs) ÜNS Yaradıcılıq Mərkəzinin solisti [2] olmuşdur. ÜNS Yaradıcılıq Mərkəzinə dəvət olunmuş professorlar tərəfindən vokal dərsləri, xareoqrafiya və aktyor sənəti öyrənmişdir. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən "Akademiya" realiti-şousunun qalibi olmuşdur. Dövlət tərəfindən təşkil olunmuş çoxsaylı xeyriyyəçi tədbirlərdə iştirak etmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasına "Musiqili teatr və kino aktyoru" fakültəsinə daxil olmuşdur.

Yaradıcılığı

2009-cu ildə 42 ölkənin nümayəndələrinin iştirak etdiyi Moskva-Tranzit-Moskva festivalında Ən yaxşı səs nominasiyasının qalibi[3][4]olmuşdur. (Jurinin sədri J. O. Kobron). 2008–2012-ci illərdə Avraviziya milli seçim konkurslarının jurisi və eksperti olmuşdur. 2007–2018-ci illərdə respublika və xarici ölkələrdə keçirilən dövlət tədbirlərinin iştirakçısı olmuşdur. Parisdə, Moskvada, Bankqoqda, İstanbulda, Sankt-PeterburqdaHəştərxanda öz ölkəsini təmsil etmişdir. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikanın Əməkdar artisti[5] adı ilə təltif olunmuşdur. 2018-ci ildə Moskva şəhərində keçirilən 32 ölkə iştirakçısı olan IV Beynəlxalq Hərbi Oyunları mahnı müsabiqəsinin qalibi olmuşdur. 2014–2018-ci illərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və Estrada-Simfonik Orkestrinin solisti olmuşdur. Hal-hazırda ÜNS Yaradıcılıq Mərkəzinin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Orkestrinin solistidir.

Mükafatlar

2013-ci il iyunun 25-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist[6]" fəxri adına layiq görülüb.

"Beynəlxalq Ordu Oyunları-2018" yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.[7]

İstinadlar

  1. "Azərbaycan Respublikasının əməkdar artisti". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  2. https://1news.az/news/20120201070214004-Khaiyam-Mustafazade-Golos-moe-glavnoe-sokrovishce-FOTO-VIDEO
  3. Ən yaxşı səs nominasiyasının qalibi
  4. "Arxivlənmiş surət". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  5. https://news.milli.az/politics/197775.html
  6. "Arxivlənmiş surət". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  7. "Arxivlənmiş surət". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.