Xəyyam Abdullazadə
Xəyyam Musa oğlu Abdullazadə (22 fevral 1979, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və şair.
Xəyyam Abdullazadə | |
---|---|
Digər adları |
Xəyyam Abdullayev Xəyyam Abdulla |
Doğum tarixi | 22 fevral 1979 (45 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti |
rejissor ssenarist şair |
Fəaliyyət illəri | 2004-cü ildən |
Təhsili | |
İstiqamət |
kino televiziya serial |
Üzvlüyü |
Həyatı
Xəyyam Abdullazadə 22 fevral 1979-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. ANS, SPACE, LİDER, AZTV, İTV televiziya kanallarında çalışaraq bir sıra yadda qalan layihələrin müəllifi və rejissoru olub. "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb. Çəkdiyi "Koramal" filmi Latviya, Serbiya, Ukrayna, İran və Azərbaycanda, "Nəfəs" filmi Ukraynada, "İşıq gələn tərəf" filmi İspaniyada beynəlxalq film festivallarının mükafatlarına layiq görülüb. "Ağ qan" filmi ilə Gent Beynəlxalq Film Festivalı (Belçika), Dubay Beynəlxalq festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Gulf Beynəlxalq Film Festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Tirana Beynəlxalq Film Festivalı (Albaniya), Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan), Batumi Beynəlxalq Film Festivalı (Gürcüstan), Kinofest Beynəlxalq Film Festivalı (Rumıniya), Kipr Beynəlxalq Film Festivalında; "İşıq gələn tərəf" filmi ilə Clermont-Ferrand Beynəlxalq Film Festivalı (Fransa)[1], Friburq Beynəlxalq Film Festivalı (İsveçrə), Skepto Beynəlxalq Film Festivalında (İtaliya)[2] iştirak etmişdir.
Xəyyam Abdullazadə "Exa prodakşn" MMC-nin direktoru vəzifəsini icra edir[3]. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 3 fəlsəfi şeir kitabının müəllifidir.
Mükafatları
- 2008 — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı (kinematoqrafiya sahəsində fərqləndiyinə görə)
- 2009 — 2Annas Beynəlxalq Film Festivalının (Latviya) "Special Mention" mükafatı ("Koramal" filminə görə)[4]
- 2009 — VIII Dokufest Beynəlxalq Film Festivalının (Serbiya) "Special Mention" mükafatı ("Koramal" filminə görə)[4][5][6]
- 2009 — VII Start Beynəlxalq Film Festivalının (Azərbaycan) "Special Mention" mükafatı ("Koramal" filminə görə)
- 2009 — III Steps Beynəlxalq Film Festivalında (Ukrayna) "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi ("Nəfəs" filminə görə)[7]
- 2009 — III Steps Beynəlxalq Film Festivalında (Ukrayna) "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi ("Koramal" filminə görə)
- 2010 — IV Rəhmət Beynəlxalq Film Festivalında (İran) "Ən yaxşı film" nominasiyasının qalibi ("Koramal" filminə görə)
- 2014 — "Humay" milli mükafatı ("Məryəm" filminə görə)[8]
- 2016 — IV Soria Beynəlxalq Film Festivalında (İspaniya) "Ən yaxşı ssenari" nominasiyasının qalibi ("İşıq gələn tərəf" filminə görə)[9]
- 2016 — XIII Signs of the Night Beynəlxalq Film Festivalının (Fransa) münsiflər heyətinin xüsusi mükafatı ("İşıq gələn tərəf" filminə görə)[10]
Filmoqrafiya
- Nəfəs (film, 2007)
- Koramal (film, 2009)
- Qara qutu (film, 2009)
- Ağ qan (film, 2012)
- Məryəm (film, 2013)
- İşıq gələn tərəf (film, 2015)
- Qırx arşın quyunun dibi (film, 2016)
- Solğun çiçəklər (serial, 2019)
- Anamın kitabı (serial, 2020)
- Xosrov və Şirin (serial, 2021)
- Şeyx Sənan (serial, 2023)
- Coğrafiya müəllimi (film, 2023)[11]
Kitabları
İstinadlar
- APA. ""İşıq gələn tərəf" filmi Paris film festivalında xüsusi mükafata layiq görülüb" (az.). APA. 11.12.2015. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- AzərTAc. ""İşıq gələn tərəf" filmi daha bir beynəlxalq festivalda ölkəmizi təmsil edir" (rus). AzərTAc. 20.03.2016. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- Афет Ислам. "Не просто смотреть, но и размышлять" (rus). Зеркало. 20.11.2009. İstifadə tarixi: 2021-03-21.
- İntiqam. "Filmimiz beynəlxalq kinofestivalda mükafat qazanıb" (az.). "Mədəniyyət" qəzeti. 26.08.2009. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- APA. "Azərbaycan filmi Serbiyada keçirilən beynəlxalq kino festivalında mükafat qazanıb" (az.). APA. 18.08.2009. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- AzərTAc. "Азербайджанский фильм завоевал награду международного кинофестиваля в Сербии" (rus). AzərTAc. 18.08.2009. İstifadə tarixi: 2021-03-21.
- APA. "Azərbaycan rejissorlarının istehsal etdiyi "Nəfəs" və "Koramal" filmləri III "Steps" beynəlxalq kinofestivalında mükafata layiq görülüb" (az.). APA. 28.12.2009. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- Həmidə. ""Humay" mükafatı qaliblərə təqdim edilib" (az.). "Mədəniyyət" qəzeti. 04.06.2014. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- Sənət.az. ""İşıq gələn tərəf" filmi festival qalibi olub" (az.). Sənət.az. 28.11.2016. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- Sputnik. "Azərbaycan filmi Paris festivalında mükafat qazandı" (az.). Sputnik. 04.01.2016. İstifadə tarixi: 2021-03-21.
- Gülçin Cəmil. "İtkin düşmüş şəxslərlə bağlı filmin təqdimatı olub" (az.). Report. 17.10.2023. İstifadə tarixi: 2023-10-17.
- Sevinc Mürvətqızı. ""Rənglərin fəlsəfəsi"" (az.). 525-ci qəzet. 13.04.2015. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- APA. ""Rənglərin fəlsəfəsi" kitabı işıq üzü görüb" (az.). APA. 11.03.2015. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.