Xəyalə Abdulla

Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015).

Xəyalə Abdulla
Ölkə  Azərbaycan
Doğum tarixi
Titulu qadınlar arasında beynəlxalq qrosmeyster (2015)
Son reytinqi
  • 2.192 (fevral 2024)[1]
Maksimal reytinqi 2.320 (sentyabr 2015)
FİDE nömrəsi 13401807
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası

2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.[2]

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl,[3] 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.[4]

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.[5]

2013[6][7] və 2014-cü[8] illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse[9] şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.[10] 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[11]

Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.

Reytinqi

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu,[12] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb.

Şəxsi həyatı

Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.[13]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 29 february 2024. 2024.
  2. "AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA 3 QIZIL VƏ 1 BÜRÜNC MEDAL QAZANMIŞLAR". Azertag.az.
  3. "G18 18 yasadak qizlar arasinda Azarbaycan birinciliyi". Chess-results.com.
  4. "AZE Ch U20 Girls 2011". Chess-results.com.
  5. "20 yasadak qizlar arasinda Azarbaycan birinciliyi". Chess-results.com.
  6. "Qadinlar arasinda Azarbaycan cempionati". chess-results.com. 14 mart 2013. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2014.
  7. "Qadınlar arasında Azərbaycan Çempionatı". ulvichess.az. 14 mart 2013. 2015-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2014.
  8. "WIM Khayala Abdulla is Azerbaijan Women's Chess Champion 2014". Chess News Blog. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2015.
  9. "Abdulla, Khayala WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  10. "Abdulla, Khayala EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  11. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  12. "Federations Ranking Women Azerbaijan". Fide.com. 29 Mart 2017 tarixində arxivləşdirilib.
  13. "Любовь не признает преград: азербайджанские шахматисты поженились в условиях карантина". az.sputniknews.ru (rus). 2020-04-20. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.