Xəstə Bayraməli

Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair[1].

XƏSTƏ BAYRAMƏLİ
Bayraməli Abbasəli oğlu Xudiyev
Xalçanı Səməd ağanın nəvəsi Çingiz Kəsəmənli hədiyyə etmişdir
Xalçanı Səməd ağanın nəvəsi Çingiz Kəsəmənli hədiyyə etmişdir
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Uşağı
Fəaliyyəti şair
Vikimənbənin loqosu Xəstə Bayraməli Vikimənbədə

Həyatı

Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub[2]. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.

Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.[3]

Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub. Onun Azərbaycanda, qardaş Türkiyədəİranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb.

1987-ci ildə "Yazıçı" nəşriyyatında buraxılan "Mənim Göyçəm" adlı şeirlər kitabı neçə illər ərzində öz populyarlığını saxlayır. 2003-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərindəki "Əxdər" nəşriyyatında fars əlifbası ilə dərc edilən "Mənim Göyçəm" kitabı da o taylı ellərimizin böyük marağına səbəb olub[4].

2008-ci ildə "Nərgiz" (Bakı) nəşriyyatında Xəstə Bayraməlinin öz misrası ilə ad alan böyük tirajlı "Mən ulu Göyçəmin şair oğluyam" ünvanlı kitabı da geniş oxucu kütləsinin və mütəxəssislərin maraq dairəsindədir.

Bunlardan əvvəl və sonra da bir çox almanaxlarda şairin əsərləri özünəməxsus yer tutmuşdur.

Hələ sağlığında onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.

1952-ci ildə vətənpərvər şair, son dərəcə xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib.[5]

14 aprel 1995-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında ulu Göyçənin qüdrətli söz ustadı, şair Xəstə Bayraməlinin 95 illik yubileyi keçirilmişdir[6].

Ailəsi

Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli Xəstə Bayraməlinin oğludur.

Pərviz Həbib oğlu Səmədov isə Xəstə Bayraməlinin nəvəsidir.

Əsərləri

  1. Mənim Göyçəm. Bakı: Yazıçı, 1987.
  2. Mənim Göyçəm (fars əlifbası ilə). Təbriz: Əxdər, 2003.
  3. Mən ulu Göyçəmin şair oğluyam. Bakı: Nərgiz, 2008.

İstinadlar

  1. Esmira Xudiyeva, "Göyçədə bir şair vardı…", Bakı: "Elm və təhsil", 2013.
  2. Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.136–148.
  3. "AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ. "AŞIQ TƏCNİSLƏRİ" ŞEİR ANTOLOGİYASI. Bakı, Azәrbaycan Aşıqlar Birliyi, 2022" (PDF). 2023-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-23.
  4. Qara Namazov. "Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004. səh.65–66.
  5. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  6. Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.34.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.