Xəlqan Əliyev
Xəlqan Əliyev (tam adı: Xəlqan Yusif oğlu Əliyev; 31 avqust 1969, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Xəlqan Əliyev | |
---|---|
Xəlqan Yusif oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Yusif |
Anası | Hökümə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Dülgər |
Həyatı
1969-cu il avqustun 31-də Bakıda anadan olmuşdur. 3 yaşında atasını itirdiyindən, onu və qardaşı Tərlanı anası böyütmüşdür.[2] 54 nömrəli orta məktəbi bitirmiş, daha sonra əsgərlik çəkmişdir.[3] 1989-cu il noyabrın 13-də ordu sıralarından qayıtmışdır. Ölümündən üç gün qabaq «İskra» zavodunda dülgər vəzifəsində işə düzəlmişdir.
Subay idi.[4]
Qanlı Yanvar faciəsi
Güllə ona işlədiyi zavodun qarşısında dəymişdir. Qardaşı Tərlanın dediklərindən:
Mənim də qayıdıb gəlməyim təsadüf oldu. Əvvəlcə ikimiz də bir yerdə idik. Üstümüzə qaz balonu atdılar, göz-gözü görmürdü. Hamı tüstüdən ufuldayır, öskürür, kömək istəyirdi. Bu arada Xəlqanın səsini eşitdim: — «Gözünüzü ovmayın, daha bərk ağrıyacaq». Əsgərlikdə ximik olub. Bilirdi belə şeyləri. Vəssalam. Bu onun son sözləri oldu. Sonra bir-birimizdən aralı düşdük. Onların üstünə güllələr yağdı. Bizimsə üstümüzə dubinkayla gəldilər. Biri kürəyimə dəydi... Allah-Allah... elə bil zərbədən mıx kimi girdim yerə. Evə sarı götürüldüm. Gördüm dalımca gəlirlər. Mən on addım atanda, onlar bir attım atırdı. Girdim bloka... evimiz ikinci mərtəbədədir. Əlimi zəngə çatdıra bilmədim. Gördüm ardımca qalxırlar. Tələm-tələsik qalxdım dördüncü mərtəbəyə. Orda uşaqlar çox idi... Xəlqanı isə sonra uşaqlar dedi ki, yaralayıb aparıblar xəstəxanaya... Stolun üstündə familiyasını deyib, — Əliyev, ancaq adını düz deməyə ölüm aman verməyib. Xəlqan əvəzinə Səlxan deyib. |
Qarın nahiyəsindən aldığı güllə yarası nəticəsində yanvarın 20-də vəfat etmişdir.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ünvan
Bakı, Tbilisi prospekti, 75a, mənzil 40.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- "54 №-li tam orta məktəb". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: date=2022-12-29. (#missing_pipe)
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.