Xəlitli
Xəlitli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu üzərində, Çərəkə və Yeniarx kəndlərin yanında, Şirvan düzündə yerləşən kənd.
Xəlitli | |
---|---|
40°34′35″ şm. e. 47°41′31″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Xalidli oyk., sadə. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin birinci yarısında Çərəkə kəndindən ayrılmış xalidli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır .Xəlitli (bəzən adı Xalidli və ya Xəlidli kimi də yazılır) yaşayış məntəqəsi XIX əsrin birinci yarısında indiki Göyçay rayonunun Çərəkə kəndindən ayrılıb gəlmiş xalidli nəslinə mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Yerli əhali kəndin adını Xəlitli kimi tələffüz edir.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1154 nəfər əhali yaşayır.[2]
Məşğuliyyəti
Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və pambıqçılıqla məşğul olur.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Xəlitli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629