Xəlil Hüseynov

Xəlil Hüseynov (tam adı: Xəlil Hacı Mahmud oğlu Hüseynov; 1890, Bakı1943, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır.[1]

Xəlil Hüseynov
Xəlil Hacı Mahmud oğlu Hüseynov
Doğum tarixi 1890
Doğum yeri
Vəfat tarixi 1943
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr rejissoru

Həyatı

Xəlil Hacı Mahmud oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə Bakıda doğulub. Məktəbə on yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. Daxilən enerjili olan, yorulmaq bilməyən Xəlil Hüseynov "Nəşri-maarif"in nəzdində Mirzağa Əliyevin yaratdığı "Həmiyyət" truppasına üzv olmuşdur. Hüseyn Ərəblinskinin bu şəhərlərə 1908-ci il səfərləri, eləcə də sonrakı illərdə dəfələrlə buralara, Aşqabada, Krasnovodska, Həştərxana, Dərbəndə, Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərləri çox uğurlu keçmişdir. Bütün bu səfərlərdə Xəlil Hüseynov dəstənin qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini olmuşdur.[1]

Azərbaycan peşəkar teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi tanınıb. Bu peşəni işlədiyi bütün teatr dəstələrində bacarıqla icra edib. Əbülfət Vəlidən sonra ən bacarıqlı qastrol təşkilatçısı kimi tanınıb, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır. 1908-ci ildən 1920-ci ilə qədər "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə, Hökumət Türk Teatrosunda fasiləsiz olaraq ikinci rejissorluq və müavinlik vəzifəsini şərəf və ləyaqətlə, bacarıq və istedadla icra edib.[1]

Xəlil Hüseynov Azərbaycanın ilk qiraət ustalarındandır. Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Molla Pənah Vaqifdən, Nəbatidən çoxlu poetik nümunələri əzbər bilən Xəlil Hüseynov Bakıda vaxtaşırı keçirilən "Şərq müsamirəsi"ndə, İdil (Volqa) boyu müsəlmanların "Hürriyyət axşamı"nda onlardan nümunələri bəlağətlə, şövqlə söyləyirdi. "Divertisment" adlanan yumorlu müzikl axşamlarında isə tamaşaçılar qarşısına Mirzə Ələkbər Sabirin, Səməd Mənsurun satirik parçaları ilə çıxardı.[1]

18 sentyabr 1941-ci ildən Gənc Tamaşaçılar Teatrında inzibatçı işləyib. Eyni zamanda Abdulla Şaiqin "Vətən" (Kəndli), "Eloğlu" (Birinci bəy), Əliməmməd Atayevlə Əhməd Əhmədovun "Seyran" (Şükür) pyeslərinin və həmçinin digər əsərlərin tamaşalarında epizod rollar oynayıb. Aktyor və teatr təşkilatçısı Xəlil Hüseynov təqribən 1943-cü ildə vəfat edib.[1]

Əsas rolları

  1. Fəxrəddin ("Müsibəti-Fəxrəddin", N.Vəzirov)
  2. Hacı Qənbər ("Hacı Qənbər", N.Vəzirov)
  3. Şahlar bəy ("Keçmişdə qaçaqlar", N.Vəzirov)
  4. Heydərqulu ağa ("Adı var, özü yox", N.Vəzirov)
  5. Rəsul bəy ("Ev tərbiyəsinin bir şəkli", N.Vəzirov)
  6. Qurban ("Pəri Cadu", Ə.Haqverdiyev)
  7. Nəcəf bəy ("Dağılan tifaq", Ə.Haqverdiyev)
  8. Cəfərqulu xan ("Ağa Məhəmməd şah Qacar", Ə.Haqverdiyev)
  9. Fərhad ("Bəxtsiz cavan", Ə.Haqverdiyev)
  10. Ənvər bəy ("Trablis müharibəsi", C.Cabbarlı)
  11. Cəmil bəy ("Bakı müharibəsi", C.Cabbarlı)
  12. Rüfət ("Ədirnə fəthi", C.Cabbarlı)
  13. Əsgər bəy ("Hacı Qara", M.F.Axundov)
  14. Teymur ağa ("Lənkəran xanının vəziri", M.F.Axundov)
  15. Şah Təhmas ("Nadir şah Əfşar", N.Nərimanov)
  16. İsgəndər ("Ölülər", C.Məmmədquluzadə)
  17. Arif ("İblis", H.Cavid)
  18. Can ("Azərbay və Can", İsa bəy Aşurbəyli)
  19. Sadıq ("Bakı uğrunda müharibə", Mirzəbala Məmmədzadə)
  20. Edmund ("Kral Lir", Şekspir)
  21. Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami)
  22. Əliəşrəf bəy ("Vətən", Namiq Kamal)
  23. Qodunov ("Qafqaz çiçəkləri", Rudolf Botşald)
  24. Şleyme ("Yəhudilər", Yevgeni Çirkov)
  25. Don Enrikos ("Əl Mənsur", Henrix Heyne)
  26. Cəbi ("Zorən təbib", Molyer)
  27. Ərəb və Əbül Üla ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət)
  28. Qaçaq Kərəm ("Qaçaq Kərəm", Vano Mçedaşvili)
  29. Xlestakov ("Müfəttiş", Nikolay Qoqol)

İstinadlar

  1. İlham Rəhimli. "Unudulmayanlar - V yazı". "Ədəbiyyat qəzeti". 24 fevral 2018. 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.