Xəlifəkücə
Xəlifəkücə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Xəlifəkücə | |
---|---|
38°43′40″ şm. e. 48°26′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 205 (2009) nəfər |
|
Əhalisi
Əhalisi 205 nəfərdir.[2]
Toponimiyası
Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Lerik kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Oykonim xəlfə (xəlfəli etnoniminin qısaldılmış forması) və talış dilindəki küçə (məhəllə) sözlərindən düzəlib, "xəlfəli məhəlləsi" deməkdir.[3]
Tarixi
29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Blaband kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlfəkücə kəndi Xəlifəkücə kəndi adlandırılmışdır.[4]
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 346.
- Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.