Xəlfəli (İmişli)
Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Xəlfəli | |
---|---|
İmişli rayon Xəlfəli kəndi | |
39°47′24″ şm. e. 48°13′13″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | İmişli rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 52 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7.256 nəfər |
Etnoxronim | Xəlfəli tayfası |
|
Tanınmış şəxsləri
Razi Nurullayev — Deputat, millət vəkili
İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi
Şəhidləri
- Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993)
- Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992)
- İbayev Qəni Novruz oğlu (1973–1993)
- İbayev Nəbi Novruz oğlu (1973–1993)
- Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993)
- Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991)
- Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991)
- Abışov Tacəddin Elşən oğlu (2001–2020)
- Abışov Qabil Sərxoş oğlu (1973–1991)
- İmanov Elman Yaqub oğlu (1994–2013)
- Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991)
- Əliyev Barat Sumbat oğlu (1970–1994)
- Əliyev İmamverdi Barat oğlu (1950–1991)
- Vəliyev Qismət Bəyiş oğlu (1961–1994)
- Vəliyev Tural İlham oğlu (2001–2020)
- Gülalıyev Əlnur Seymur oğlu (1997–2020)
- Babaşov Ucal Nərbala oğlu (1995 – 2023)
Coğrafiyası
İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi türk mənşəli Xəlfəli tayfasına mənsubdur. Tayfanın əhalisi Böyük Səlcuq imperiyasının dövründə Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir. Kənd ərazisi böyük olduğundan bir neçə hissədən ibarətdir — 1.əsas (Xəlfəli); 2. Gülmirzə yaşayış məntəqəsi; 3.Körəbazlı yaşayış məntəqəsi; 4.Mərcanlı yaşayış məntəqəsi; 5.Hacman yaşayış məntəqəsi; Həmçinin Hacalmuradlı, Qulubəyli və Kürdmahmudlu kəndləri də Xəlfəli kənd inzibati ərazi vahidinə aiddir. Kənd ərazisində bir neçə göl də var. (Xəlfəli gölü, Gülmirzə gölü və s.) Kənddə təhsil yüksək inkişaf etmişdir. Kənddə 2 mərtəbəli, böyük bir tam orta məktəb, 1 uşaq bağçası, böyük və müasir məscid, kitabxana, klub və digər biznes obyektləri fəaliyyət göstərir. Kənddə əhalinin istirahətini təmin edən 2 kafe və 1 çayxana da fəaliyyət göstərir. Xəlfəli kənd tam orta məktəbi Birinci Qarabağ müharibəsi şəhidi, İmişli rayon Xəlfəli kənd sakini Qabil Mərdəliyevin adını daşıyır. Məktəbdə 700-dən çox şagird təhsil alır. Məktəbdən hər il ali təhsil müəssisələrinə 15-20 şagird qəbul olur. Xəlfəli kənd ərazi vahidindən Birinci Qarabağ müharibəsi zamanı 186, Aprel döyüşləri zamanı 30, İkinci Qarabağ müharibəsi zamanı isə 352 nəfər döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsi zamanı 12, İkinci Qarabağ müharibəsi zamanı isə 3 nəfər şəhid olmuşdur. Həmçinin 2013-cü ildə ön xətdə xidmət edən Xəlfəli kənd sakini də şəhid olmuşdur. 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı zamanı isə kənddən olan bir nəfər hərbçi (gizir) şəhidlik zirvəsinə yüksəlmişdir. Ümumilikdə Qarabağ uğrunda döyüşlər zamanı Xəlfəli kəndi 17 şəhid vermişdir. Qarabağ döyüşləri zamanı daha 124 nəfər isə qazi olmuşdur. İkinci Dünya müharibəsi zamanı kənddən döyüşlərdə 134 nəfər iştirak etmiş, 74 nəfər həlak olmuş, 41 nəfər isə ağır dərəcəli xəsarətlər almışdır.