Xələflilər
Xələflilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Xələflilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Xələf bəy Yağləvəndli-Cavanşir |
Budaqları | Nurməmmədlilər, Əzimməmmədlilər |
Mənşəyi | Qarabağ, Füzuli |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Yağləvənd |
Soyun yaranması
Soyun ulu babası Xələf bəy Yağləvəndli-Cavanşirdir. Xələf bəy Şirin kələntər oğlu 1791-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Atasının kələntərliyi dönəmində mahal mirzəsi olmuşdu. Atasının vəfatından sonra (1812) Yağləvənd obasının kədxudası vəzifəsində çalışmışdı. 1817-ci ildə Mehdiqulu xan Cavanşirin keşikçibaşısı təyin olunmuşdu.
Xələf bəy 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. Abbas mirzə Qovanlı-Qacar Xələf bəyi qohum-əqrabası ilə birlikdə Qaradağ vilayətinin Kərmədüz mahalında yerləşdirmişdi. Hazırda həmin mahalın ərazisində Xələfbəyli adlı qışlaq var.
Xələf bəy Pirqulu xan Şambayatı-Qacarın oğlu Məhəmmədbağır xanla savaşmış, ailəsi ilə birlikdə Arazı adlayıb Qarabağa, doğma yurduna qayıtmışdı.
Xələf bəy İrana qaçdığına görə, bəylərə verilən hüquq və imtiyazlardan məhrum olunmuş, ailəsi vergi ödəyənlər siyahısına aid edilmişdi.
Xələf bəy 1835-ci ildə vəfat edib.
Xələf bəy Şəhribanu xanım Nurməhəmməd qızı ilə ailə qurmuşdu.
Xələf bəyin oğulları
- Nurməmməd ağa(1827–1893)
- Əziməmməd ağa (1829–1906)
- Abbasqulu ağa (1833–1851)
- Şirin ağa (1834–1916)
Xələf bəyin şəcərəsi
- Alı xan Yağləvəndli-Cavanşir, Hafiz, Oymaq başçısı
- Səfi xan Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Zeynalxan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- II Səfixan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Şirin kələntər Yağləvəndli-Cavanşir 1760–1812, Oymaq başçısı
- Xələf bəy Yağləvəndli-Cavanşir 1791–1835-Mehdiqulu xan Cavanşirin keşikçibaşısı
- Şirin kələntər Yağləvəndli-Cavanşir 1760–1812, Oymaq başçısı
- II Səfixan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Zeynalxan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Səfi xan Yağləvəndli-Cavanşir, Oymaq başçısı
Xələf bəyin nəsli
Xələf bəyin nəsli xələflilər adlanır.
- Xələf bəy (1791–1835)
- Məşədi Əzimməmməd ağa(1829–1906)
- Rzaqulu ağa (1861–1944)
- Mirzə Surxay (1891–1945)
- Çingiz (1924–1991)
- Mirzə Surxay (1891–1945)
- Rzaqulu ağa (1861–1944)
- Məşədi Əzimməmməd ağa(1829–1906)
- * *
Xələf bəy 1835-ci ildə digər obabaşılar – Xanalı Aras oglu, Əmir Murad Seyid oglu, Qədir Vəli oglu və Rzaxan dağbaşı ilə bərabər Mirzə Camal bəy Məhəmmədxan bəy oglu Hacılını Ocaqlı-Sultan Murad torpağı ilə bağlı məhkəməyə vermişdilər. Məhkəmə Mirzə Camal bəyin xeyrinə həll olunmuşdu.
Soyun tanınmış nümayəndələri
- Zeynalxan ağa Yağləvəndli-Cavanşir — Qarabağ bəyi, Səfəvilər və xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı.
- Şirin kələntər Yağləvəndli-Cavanşir — Cavanşir elinin Yağləvənd oymağının kələntəri, Qarabağ xanlığının sərkərdəsi.
- Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir — Qarabağın tanınmış ruhanilərindən biri.
- Bəxtiyar Əzimov — Qarabağ müharibəsi şəhidi.
- Cavanşir Vəliyev — şəhid.
- Məhi Vəliyev — Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı.
Mənbə
- ARDTA, fond 77, siyahı 1, saxlama vahidi 32. vər. 23b.
- M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
- Ənvər Çingizoğlu. Xələf bəy Yağləvənd-Cavanşir. "Soy" dərgisi, 1(3) 2004.