Xələfbəyovlar

XələfbəyovlarAzərbaycanın soylarından biri.

Xələfbəyovlar
Titul Bəy
Əcdadı Xələf bəy Qarabaği
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

Bu soyun ulu babası Xələf bəydir. Xələf bəy XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. İbrahimxəlil xan Cavanşirin və onun oğlu Mehdiqulu xan Cavanşirin naziri olmuşdu. Nazir xəzinədarlıq vəzifələrini yerinə yetirirdi. Xanlığın xəzinələrinin məsrəfinə, əmlakın düzgün xərclənməsinə nəzarət edirdi.

Xələf bəy mülkədar idi. Şuşa şəhərində rəiyyətin, xeyli əmlakın, Vərəndə mahalının Heşan, İsfəhancıq kəndlərində rəiyyətin, torpaqların yiyəsi sayılırdı.

Xələf bəyin törəmələri rus üsul idarəsi dövründə Xələfbəyov soyadını daşıyırdılar.

Soyun tanınmış nümayəndələri

Mənbə

  • Ənvər Çingizoğlu. Xələfbəyovlar: Xələfdən sələfə. "Soy" dərgisi, 11 (31), Bakı, 2009.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.