Xələfşə

XələfşəAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Xələfşə
39°33′15″ şm. e. 47°06′55″ ş. u.
Ölkə
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xələfşə xəritədə
Xələfşə
Xələfşə
Xələfşə xəritədə
Xələfşə
Xələfşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Tarixi

Xələfşə kəndi Füzuli şəhər mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-ci il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır.

2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir

Toponimikası

Xələfşa Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Xələfşah adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. Xələfşə variantında da qeydə alınmışdır.[1]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.