Xələcdağ

XələcdağŞərur rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Araz çayının sol sahilində, Xələc kəndindən 1 km cənub-qərbdə dağ (hünd. 813,8 m). Üst Permin Culfa və Dərəşam regiomərtəbələrinə aid Axura lay dəstəsinin terrigen-karbonat çöküntülərindən təşkil olunmuş submeridional istiqamətli yastı təpəli yüksəklikdir. Hər tərəfdən Üst Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinə aid Dəhnə-Vəlidağ qalxımının cavan çöküntülərlə örtülmüş ucqar cənub qanadında yerləşir.[1]

Xələcdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 813,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.