Xələc (Qubadlı)

XələcAzərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Xələc
39°21′54″ şm. e. 46°32′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xələc xəritədə
Xələc
Xələc

Tarixi

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Toponimikası

Xələc kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Oykonim Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII—XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İrandaTürkmənistan ərazisində yaşayırlar.[2]

Abidələri

ХV—ХVI əsr Məscidin qalıqları[3]

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 45 evdə 106 şiə azərbaycan türkü (mənbədə "tatar") yaşayırdı.[4]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. "Arxivlənmiş surət". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  4. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.