Xalac (Qafan)

Xalac (erm. Խալաջ; hal-hazırkı adı: Atçanan; erm. Աճանան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması.

Tarixi Zəngəzur mahalı əraziləri
Xalac
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
İndiki adı Atçanan (erm. Աճանան)
Sahəsi 7,64 km²
Əhalisi 154[1] (2010)
Əhali sıxlığı 20 nəf./km²
Saat qurşağı
Xəritədə yeri
Xalac xəritədə
Xalac
Xalac

Tarixi

Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd.[2]

Rayon mərkəzindən şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim xalac qədim türk tayfasının adı[4][5] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar[7]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 114 nəfər[6], 1939-cu ildə 780 nəfər[8] azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən deportasiya olunublar. İndi burada ermənilər yaşayır.

İstinadlar

  1. Ermənistan Respublikası Milli Statistika Xidməti: «Ermənistan Republikası mərzləri və İrəvan şəhəri rəqəmlərdə, 2010» hesabatı Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.258
  4. 228, s.35
  5. Древнетюркский словарь, Л., «Наука», 1969. s.635
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57, 134-135
  7. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.155
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.