Xədicə Sultan (III Əhmədin qızı)

Xədicə Sultan (27 sentyabr 1710, Topqapı sarayıtəq. 1738, Konstantinopol) — 23. Osmanlı sultanı III Əhmədin qızı.

Xədicə Sultan
Osmanlı türkcəsi: خدیجه سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 27 sentyabr 1710(1710-09-27)
Doğum yeri Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi təq. 1738
Vəfat yeri Qibləli sarayı, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Validə Turxan Sultan türbəsi, Yeni məscid
Fəaliyyəti Əsilzadəlik
Atası III Əhməd
Anası Ruqiyə Qadınəfəndi
Həyat yoldaşı Hafiz Əhməd Paşa
Ailəsi Osmanlı sülaləsi
Dini islam

Həyatı

Xədicə Sultan 27 sentyabr 1710-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anası isə Ruqiyə Qadınəfəndidir. Hələ 14 yaşında ikən 20 fevral 1724-cü ildə əmisi qızı Əmətullah Sultanın ögey oğlu Hafiz Əhməd Paşayla nişanlandı. Həmin gün sədrəzəm Nevşəhərli İbrahim Paşanın sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nikahı bağlandı. Eyni mərasimlə bacısı Atikə Sultan da sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nikahlandı. Ancaq o əsnada Sayda bəylərbəyi olan Əhməd Paşa hələ yolda idi və bu səbəblə, nikah mərasimi vəkalətən baş tutdu. Mərasimdən 4 gün sonra İstanbula çatan Əhməd Paşanın toy mərasimi 6 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Qibləli sarayında yaşayan cütküyün bu nikahdan övladı olmamışdır.

1728 və 1729-cu illərdə Üsküdarda 2 çeşmə inşa etdirən Xədicə Sultan 1738-ci ildə yaşadığı Qibləli sarayında vəfat etdi. Cənazəsi Validə Turxan Sultan türbəsində atasının yanına dəfn edildi.

Mənbə

  • Silahdar Findiklili Mehmed Agha (2001). Nusretnâme: Tahlil ve Metin (1106–1133/1695–1721). p. 733
  • Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken. p. 140
  • Duindam, Jeroen; Artan, Tülay; Kunt, Metin (August 11, 2011). Royal Courts in Dynastic States and Empires: A Global Perspective. BRILL. ISBN 978-9-004-20622-9
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.