Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir.[1] Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir.
Xədicə İsmayıl | |
---|---|
Doğum tarixi | 27 may 1976 (47 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, radioaparıcı[d], tərcüməçi, araşdırmaçı-müxbir, siyasi məhbus |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
"Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır.
Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır.
Mükafatları
2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür.
John Aubuchon Mətbuat Azadlıığı
Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı
2012-ci ildə İsmayılova Beynəlxalq Qadın Media Fondunun (International Women’s Media Foundation) Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb.[1]
Həbs olunması
Xədicə İsmayıl 2014-ci ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.[2] Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.
Beynəlxalq bəyanatlar
Amnesty İnternational İsmayılovanı vicdan məhbusu kimi qiymətləndirdi. Human Rights Watch Azərbaycanı tənqidçilərinə qarşı repressiyaları gücləndirməkdə və onları həbs etmək üçün saxta ittihamlardan istifadə etməkdə ittiham edib. Təşkilat həmçinin işgəncə və pis rəftarın cəzasız qaldığını iddia edirdi. Beləliklə, Xədicə İsmayılovanın yeddi il yarımlıq həbs cəzası beynəlxalq qəzəb doğurdu və onu müdafiə etmək üçün hüquqşünas Əməl Kluni iddia qaldırdı. Ə.Kluninin komandası işi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etmişdi.
Bunun nəticəsi olaraq Xədicə İsmayıl ölkənin Ali Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.[3] Ali məhkəmə bu qərarı 2016-cı ilin yayında qəbul edib.[4]
Tərcümələri
- Xalid Hüseyni "Çərpələng uçuran"
- Səhər Delicni "Çakaranda ağacının uşaqları"
Istinadlar
- "Azərbaycanın ən tanınmış məhbus jurnalisti haqqında nə bilirik?". BBC News Azərbaycanca (az.). 2015-08-20. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
- "Xədicə İsmayıl 7 il yarım azadlıqdan məhrum edilib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
- "Azerbaijan court frees journalist backed by Amal Clooney". BBC News (ingilis). 2016-05-25. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
- "Azərbaycan hökuməti Xədicə İsmayılova işinə görə 25 min avro cərimələnib". BBC News Azərbaycanca (az.). 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.