Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər.
Jurnalistika |
---|
Növlər
|
Sosial təsir
|
|
Rollar
|
|
İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir.[1] Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər.[2]
Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir.[3] Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.[4]
Tarixi
"Yalnız onlayn" qəzet və ya jurnalın ilk nümunəsi 1974-cü ildə Brüs Parrello tərəfindən İllinoys Universitetində PLATO sistemində yaradılmış "(PLATO) News Report" onlayn qəzeti idi.[5] İnternetə çıxan ilk qəzet 1 iyul 1980-ci ildə "The Columbus Dispatch" olmuşdur.[6] 1987-ci ildən başlayaraq Braziliyanın "Jornaldodia" qəzeti dövlətə məxsus Embratel şəbəkəsində fəaliyyət göstərməyə başlamış və 1990-cı illərdə internetə keçmişdir. 1990-cı illərin sonlarında yüzlərlə ABŞ qəzeti onlayn versiyalarını dərc etməyə başlamışdı, lakin onlar bu dövrdə məhdud interaktivlik təklif edə bilirdilər.[7]
2014-cü ilə qədər PCC Birləşmiş Krallıqda dominantlıq əldə etmişdi, lakin orijinal onlayn qəzetlər, forumlar və bloqlar arasında aydın fərq qoyulmamışdı. 2007-ci ildə Birləşmiş Krallıqda fəaliyyət göstərən onlayn qəzetləri, audio xəbər və video xəbər saytlarının məsuliyyətlərini tənzimləmək, onlayn xəbər nəşrinin nə olduğunu dəqiqləşdirmək məqsədilə qərar qəbul edilmişdir.[8]
İstinadlar
- "Newspapers Recreate Their Medium Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine" eJournal USA, March 2006
- Andersen, Kurt. "You Must Be Streaming". NYMag.com. 15 February 2007. 6 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2023.
- "Data Protection Act 1998". legislation.gov.uk. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
- "Data Protection Act 1998". legislation.gov.uk. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
- Silberman, Steve. "'PLATO People' reunite, honor founder". wired.com. 17 March 1997. 29 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2023.
- "New Media Timeline (1980)". December 16, 2004. April 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2023.
- Schultz, Tanjev. "Interactive Options in Online Journalism: A Content Analysis of 100 U.S. Newspapers". Journal of Computer-Mediated Communication. 5 (1). 1999: 1. doi:10.1111/j.1083-6101.1999.tb00331.x. 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
- See Journalism Mag. Arxivləşdirilib 2007-03-01 at the Wayback Machine and also the PCC website Arxivləşdirilib 2013-06-08 at the Wayback Machine AOP (UK Association of Online Publishers)
Əlavə ədəbiyyat
- Herre van Oostendorp; Christof van Nimwegen. "Locating Information in an Online Newspaper" (PDF). Journal of Computer-Mediated Communication. 4 (1). September 1998. 2012-04-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.
- Hsiang Iris Chyi; George Sylvie. "Competing With Whom? Where? And How? A Structural Analysis of the Electronic Newspaper Market". Journal of Media Economics. 11 (2). 1998: 1–18. doi:10.1207/s15327736me1102_1.
- Carina Ihlström; Maria Åkesson; Stig Nordqvist. "From print to web to e-paper — the challenge of designing the e-newspaper" (PDF). 2004-07-07.
- Hanluain, D. O. "Free content becoming thing of the past for UK's online newspaper sites". Online Journalism Review. 2004-02-13.
- Hsiang Iris Chyi; Dominic L. Lasorsa. "An Explorative Study on the Market Relation Between Online and Print Newspapers". Journal of Media Economics. 15 (2). 2002: 91–106. doi:10.1207/S15327736ME1502_2.
Xarici keçidlər
- Vikianbarda Xəbər saytı ilə əlaqəli mediafayllar var.
- Online archive of newspapers at Google News Archive
- US newspaper and obituaries directory at LDS Genealogy