Xızrı Şıxsəidov
Xızrı Şıxsəidov (1 avqust 1947, Buynaksk, Dağıstan MSSR) — rusiyalı dövlət xadimi, siyasətçi. 7 fevral 2013-cü ildən etibarən Dağıstan Respublikası Xalq Məclisinin sədri.[1] Daha əvvəl Rusiya Dövlət Dumasının Vahid Rusiya Partiyasından V və VI çağırış millət vəkili.[2]
Xızrı Şıxsəidov | |
---|---|
Dağıstan Respublikası Xalq Məclisinin sədri | |
7 fevral 2013 – 30 sentyabr 2021 | |
Əvvəlki | Məhəmməd-Sultan Məhəmmədov |
Sonrakı | Zaur Askenderov |
Dağıstan Respublikası Hökumətinin sədri | |
20 avqust 1997 – 13 oktyabr 2004 | |
Əvvəlki | Əbdürrəzzaq Mirzəbəyov |
Sonrakı | Atay Əliyev |
Dağıstan Respublikası Hesablama Palatasının sədri | |
13 oktyabr 2004 – 16 mart 2007 | |
Əvvəlki | Atay Əliyev |
Sonrakı | Malik Baqliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1947 (76 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
Xızrı Şıxsəidov 1 avqust 1947-ci ildə Buynaksk şəhərində anadan olub. Milliyyətcə qumuqdur.[1][3][4] 1954-cü ildən 1965-ci ilə qədər Buynaksk şəhər 2 nömrəli məktəbdə təhsil alıb. 1965-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunda bağçılıq və üzümçülük fakültəsinə daxil olub.
1970-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunu, 1982-ci ildə isə Rostov Ali Partiya məktəbini bitirib.[1]
Fəaliyyəti
1970-ci ildən Buynaksk rayonunda kənd təsərrüfatı sahəsində aqronom kimi fəaliyyət göstərməyə başlayıb. 1971-ci ildən Daqsadvintrestdə aqronom kimi, Markovskiy sovxozunun baş aqronomu kimi işə başlayıb. Sonradan müxtəlif vəzifələrdə, partiya orqanlarında və respublikanın kənd təsərrüfatı müəssisələrində fəaliyyət göstərib. 1985–1990-cı illərdə Dağıstan SSR-nın Ali Sovetinin IX çağırış millət vəkili, 1990-cı ildən 1995-ci ilə qədər Dağıstan Respublikasının Ali Sovetinin xalq deputatı olub. 1992-ci ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər Müqaviləli Respublika Korporasiyası olan "Daqvino"-nun prezidenti olub. 1995-ci ildə Dağıstan Respublikasının Xalq Məclisinin deputatı seçilib. Elə həmin ildə Dağıstan Respublikasının Hesablamalar palatasının sədri təyin edilib. 1997-ci ilin avqust ayında Dağıstan Respublikası Hökumətinin sədri təyin edilib. Bunla yanaşı həm də Dağıstan Respublikasının Dövlət Məclisi sədrinin birinci müavini vəzifəsini icra edib. 2004-cü ilin oktyabr ayından Dağıstan Respublikasının Hesablamalar palatasının sədridir. 2007–2013-cü illər arasında Rusiya Federasiyasının Dövlət Dumasının Federal Məclisinin deputatı olub. 2013-cü ilin fevral ayından etibarən Dağıstan Respublikasının Xalq Məclisinin sədridir. Vahid Rusiya partiyasının Ümumrusiya Baş Şurasının üzvü, Dağıstan regional şöbəsinin katibidir.[1]
Mükafatları
- "Dostluq" ordeni (Rusiya) (31 oktyabr 1998-ci il) — Dövlət qarşısındakı ləyaqətli xidmətinə, uzun müddətli vicdanlı əməyinə və eləcə də xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi üçün verdiyi töhfələrə görə.[2]
- "Şərəf" ordeni (Rusiya) (16 oktyabr 2012-ci il) — Rusiya parlamentarizminin inkişafına verdiyi böyük töhfələrə görə və eləcə də aktiv qanunverici fəaliyyətinə görə.[5]
- "Dostluq" ordeni (Azərbaycan) (31 iyul 2017-ci il) — Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında eləcə də Azərbaycan və Dağıstan xalqlarlı arasında, dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı üçün göstərdiyi xüsusi səylərə görə.[6]
- "Dağıstan Respublikasına xidmətlərinə görə" ordeni.
- Dağıstan Respublikasının "Doğma torpağa sevgi" şərəf nişanı.
- Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının "Parlamentarizmin inkişafına xidmətlərinə görə" şərəf nişanı.
İstinadlar
- "Шихсаидов Хизри Исаевич / Şıxsəidov Xızrı İsayeviç" (rus. ). kavkaz-uzel.eu. 8 fevral 2013. 5 oktyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Указ Президента Российской Федерации от 13.10.1998 г. № 1226" (rus. ). kremlin.ru. 13 oktyabr 1998. 2020-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- Yelena Fedotova, Yuliya Rıbin. "Как управляется Дагестан / Dağıstan necə idarə olunur?" (rus. ). kommersant.ru. 17 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- İvan Suxov. "Страна гор/ Dağlar ölkəsi" (rus. ). vremya.ru. 17 fevral 2010. 24 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Указ Президента Российской Федерации от 16.10.2012 № 1406 "О награждении государственными наградами Российской Федерации"" (rus. ). publication.pravo.gov.ru. 17 oktyabr 2010. 17 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Распоряжение Президента Азербайджанской Республики о награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба») / X.İ.Şıxsəidovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (rus. ). president.az. 31 iyul 2017. 6 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.