Xırmandalı (Masallı)
Xırmandalı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]
Xırmandalı | |
---|---|
39°09′43″ şm. e. 48°43′03″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4150 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4421[1] |
|
Toponimikası
Yaşayış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır.[3]
Əhalisi
Əhalisi 5199 nəfərdir.[4]
Coğrafiyası və iqlimi
Azərbaycan Respublikasının cənub zonasında yerləşən Xırmandalı kəndi Masallı rayonunun şimali-şərq hissəsində yerləşir. Kənd Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Xırmandalı kəndinin iqliminin formalaşmasında Xəzər dənizinin və Talış dağlarının böyük rolu vardır. Xırmandalı kəndinin yayı quraq keçən mülayim -isti iqlimin təsiri altında, qışı isə yumşaq iqlimə malikdir. Cənub -şərqdən və cənubdan daxil olan "Gilavar" qış aylarında havanın mülayimləşməsinə (yumşaq), yayda isə istiliyin və nəmliyin artmasına səbəb olur. Xırmandalı kəndi dəniz səviyyəsindən 10-15 metr aşağıda yerləşir.[mənbə göstərin]
Tarixi
Kəndin adı Oğuz tayfasının Şamlu qoluna mənsub olan bu Xırmandalı tayfasının adından götürülmüşdür. Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində-balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanlari olan ərazidə Xırmandalı kəndının əsasını qoyurlar. Kəndin ilk sakinlərindən biri Kələntər Hüseyn olmuşdur. Kənddə təqribən 1860-1917-ci illərdə Bakı milyonçusu D.L. Mayılova məxsus balıq emalı və satışı şırkəti fəaliyyət göstərmişdir. 1918-cı ildə Muğan kəndlərinə hücum edən rus-erməni birləşmələri Xırmandalı kəndində dinc əhaliyə qarşı qırğinlar törətmişdir. 1918-1919-cu ilin avqust ayına kimi Muğan Sovet Respublikası qurulmuşdur. 1974-cü ildə kəndin ərazisindən Azərbaycan Atabəylər dövləti (1136-1225) dövründə zərb edilmiş pul dəfinəsi aşkar edilmişdir.
Müharibə
- 1941-1945-ci illər Böyük Vətən müharibəsındə iştirak edənlər: 152 nəfər. həlak olan və itkin düşənlər: 73 nəfər.
- I Qarabağ müharibəsində şəhid olmuşdur: Abbasov Fidail Abbas oğlu, Qasımov Rüstəm Qənimət oğlu, Qəmbərov Saiq Şahəli oğlu, Ələsgərov Zaur Əsgər oğlu, Məmmədov Xıdır Məmmədqulu oğlu və Səfərov Abəsəli Ərəstun oğlu
- II Qarabağ müharibəsində 86 nəfər könüllü iştirak etmişdir.
İnfrastrukturu
XX əsrin əvvəllərinə qədər kənddə məktəb olmasa da,savadlı adamları var idi.Kəndin imkanlı adamlari oğlan uşaqlarını din xadimlərinin yanına qoyur,fərdi üsulla təhsil almalarına şərait yaradırdilar.Xırmandalı kəndində ilk ibtidai məktəb 1920-ci ildə açılmışdır. Kənd sakin Yadulla Şirin oğlunun evinin 1-ci mərtəbəsində 10 uşaqdan ibarət bir sinif təşkil olunmuşdur. Məktəbdə ilk müəllim Astara rayonunun Pensər kəndindən gəlmiş Baldadaş Dadaşov olmuşdur.1923-cü ildə isə Xırmandalı kəndındə yeni məktəb təşkil olunmuşdur. Məktəb binası kimi kəndin xeyırxah adamlarından olan Abuzər Məşədi Abbas oğlunun(1879-1929)evindən istifadə olunmuşdur.Bu ibtidai məktəb1930-cu ildə 7 illik, 1950-ci ildə orta məktəbə çevrilmişdir.1975-ci ildə yeni tipli orta məktəb binası tikilib istifadəyə verilmişdir.Həmçinin bu kəndin xeyirxahlarından biri də Böyük Vətən müharibəsinin aktiv iştirakçısı ziyalı və alicənab Fərzəliyev Abı olmuşdur.Fərzəliyev Abı Xırmandalı,Hacıtəpə və Ərəb kəndlərinin keçmiş selpo müdiri və kalxoz sədri olmuşdur.O dövrdə o kəndin təsərrüfat səviyəssini rayonda qabaqcıllar səviyyəsinə gətirmişdir.
Pedoqoji elmlər namizədi Əsgər Zahidov, yazıçı-jurnalist Nurəddin Ədiloğlu (Muğanlı),filologiya elmləri doktoru Füzuli Bayat,kimya elmləri namizədi Rakif Qasımov,tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov,kimya elmlər namizədi Ağaşirin Qulıyev, şair Arif Fərzəli və b.Xırmandalının tanınmış ziyalılarındandır.
Bakıda neçə-neçə yaraşıqlı bınaların tikintisinə rəhbərlik etmiş Sosialist Əməyi Qəhrəmanı,Əməkdar İnşaatçı Haçı Mir Məhəmməd Hüseynov Xırmandalı kəndındə anadan olmuşdur.
Kənddə Xırmandalı Ərazi nümayəndəliyinin binası, Xırmandalı Bələdiyyəsi binası, 2 məscid, 2 orta məktəb, Tibb məntəqəsi, Poçt, ATS, Mədəniyyət evi, Kitabxana binası,Muzey fəaliyyət göstər.[mənbə göstərin]
Mənbə
- Don Juan of Persia, a Shiàh Catholic, 1560—1604 By Juan (de Persia), Guy Le Strange
- Z.Bünyadov Azərbaycan Atabəyləri dövləti(1136-1225)Bakı 2007
- Mürvət Abbasov Xırmandalı faciəsi --"Cənub xəbərləri" qəzeti, 13 mart 2013-cü il
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Xırmandalı (Masallı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 247. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.