Xınzırək nahiyəsi

Xınzırək nahiyəsi —1727-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livası inzibati–ərazi vahidi.

Haqqında

1727-ci ildə İrəvan əyalətinin nahiyələrindən birinin adı. Nahiyə İndiki Eçmiadzin rayonunun ərazisinin müəyyən hissəsini əhatə edirdi. Xunus və türk dillərində örək "tikinti", "istehkam" sözlərindən ibarətdir.[1]

Toponimi

Toponimin "Xunus" hissəsi qədim türk mənşəli xun (hun etnoniminin bir forması, məsələn, Albaniyada Xunanqala) və qədim türk dillərində cəm bildirən "s" şəkilçisindən, (yaxud yunan mənşəli "os" adlıq hal şəkilçisin-dən) ibarətdir. Xınzirək "Xunusörək" adının zaman keçdikcə danışıqda təhrifidir. Nahiyə isə qədim Xınzirək kəndinin adı ilə adlanmışdır. Nahiyə indiki Eçmiədzin rayonu ərazisinin müəyyən hissəsini əhatə edirdi. [2]

Kəndləri

  • Xınzırək
  • Məmmədəlikənd
  • Mirmərək Mirək- Əmir Mərək adından təhrifdir
  • Molla Abdi Mənbədə kəndin adı "Monla Abdi"
  • Molla Xəlil Mənbədə kəndin Dumbulu tayfasının məskunlaşiası nəticəsində yarandığı qeyd olunur
  • Molla Hacılı "əhalisi Sinli camaatındandır"
  • Muğanlı[3]
  • Musahacılı "Əhalisi Sinli camaatındandır"
  • Musaxacəli "Sinlu əşirətinə" mənsub olması göstərilir
  • Nazravan
  • Nakivdar kənd Dumbuli tayfasının məskunlaşması nəticəsində yaranmış[4]
  • Samaqar (Eçmiədzin)
  • Söyüdlü "Əhalisi Dünbili camaatındandır"[5]
  • Taşlıca[6]
  • Uzunqışlaq
  • Üzənli"Başqa adı İrəmli" (yenə orada). "Əhalisi Şaqiabad camaatındandır" (yenə orada). Bax: İrəmli. Türk dillərində üzən "mal-qaranın yaxşı yediyi ot"[7][8]sözündəndir.
  • Üçkilsə kəndi
  • Xatunbulağı "Xatun tərəfindən təmir edilmiş (düzəldilmiş) bulaq" mənasındadır.
  • Xatun karyeri Xatun, ərəbcə qəryə "kənd" və azərbaycanca yer sözlərindən ibarətdir. "Xatun qəryə yeri"
  • Xatunməzrəsi Xatuna (xanın, bəyin arvadına) mənsub əkin yeri" mənasındadır.
  • Xaçaparaq kəndi "Əhalisi Reyhanlu camaatıdır" (yenə orada).
  • Xeyrəbad Ehtimal ki, türk dillərində kair "sıldırım", "yarğanlı"[9][10] və bət "səth", "üz" sözlərindən ibarətdir.
  • Xəlilkəndi
  • Xocaparalı Mənbədə kəndin Reyhanlı tayfasına məxsus olması göstərilir (yenə orada). "Xacəyə məxsus para (əkin sahəsi), sahə "yer mənasındadır.[11]
  • Hacıbəyli
  • Həlimxan[12]
  • Çayırbəyli
  • Çaltəpə[13]
  • ÇərəkliOrta əsrlərdə Anadoluda yaşamış Çərəkli tayfasının[14][15] məskunlaşması nəticəsində yaranmışdır. Çərəkli mənşəcə Səlcuq oğuzlarının Avşar (Əfşar) tayfasının Çeriklu qolunun[16][17] adının fonetik formasıdır.
  • Çilak Bulğunluk
  • Şakabad Er. əv. VII əsrdə gəlmiş qədim türk mənşəli Sak (Şaka) tayfasının adını əks etdirir. İranda Şakabad kənd adı[18] ilə mənşəcə eynidir[19]
  • Darablu
  • Güllücə (Abaran)

İstinadlar

  1. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Хынзырәк наһијәси // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  2. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (X)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  3. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (M)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  4. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (N)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.[]
  5. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (S)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  6. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (T)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  7. Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974.
  8. Киракос Гандзакеци. Пер с. др. армянского, предисловие и комментарии Л.А.Ханларяна, М.,. История. 1976.
  9. Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969.
  10. Qızılbaşlar tarixi,. Bakı. 1995.
  11. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (X)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  12. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (H)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  13. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (Ç)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
  14. Джалиле Джалил. Курды Османской империи М.,. 1968.
  15. Məmmədov H. "Dəftəri-müfəssəli-əyaləti Tiflis"də yеr adları. “Azərbaycan filologiyası məsələləri”. II. Bakı: Еlm. 1984.
  16. Faruq Sümər. Oğuzlar. Bakı. 1992.
  17. Kirzioqlu F. Kars talihi. I. Ankara. 1953.
  18. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. I. Баку. 1991.
  19. "Ermənistanda Azərbaycan mənşəli toponimlər (Ş)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.