Xınaxlı
Xınaxlı və ya el dilində Qaxay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan (Ağdaş) inzibati ərazi vahidində kənd.
Xınaxlı | |
---|---|
40°21′ şm. e. 47°28′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0320 |
|
Adının mənası
"Xınaxlı" sözü oykonimdir. Kəndin adının əsl mənası "Xınalıqlıdır".[1]
Tarixi
Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Belə ki, kənd həmin vaxtlarda Quba rayonunun Xınalıq kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Həmin ailələr hapıt tayfaları içərisində kiçik köç şəklində buraya gəlmişlər.[2]
Coğrafiyası
Kür çayının sahilində, Şirvan düzündədir.[1]
Şəhidləri
- Umarov Azər Ağa oğlu (1969-1996)
- Məmmədov Xeyrulla Şakir oğlu (1974-1993)
İstinadlar
- AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 350
- AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 350-351
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.