Xınalıq dili

Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil.

Xınalıq dili
Orijinal adı kətşi mi
Ölkə Azərbaycan
Region Quba
Danışanların ümumi sayı 3 min
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Şimali Qafqaz dilləri

Nax-Dağıstan dilləri
Xınalıq dil budağı
Yazı kiril əlifbası, latın əlifbası
Dil kodları
ISO 639-1 kjj
ISO 639-2
ISO 639-3 kjj
Dilin strukturlarının dünya atlası khi
Atlas of the World’s Languages in Danger 1054
Ethnologue kjj
ELCat 2436
IETF kjj
Glottolog khin1240

Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir.

Tarixi

Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır.

O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud idi.

Sonradan dillər bölünməyə başlandı, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qaldı.

Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir.

1972-ci ildə "Xınalıq dilinin qrammatikasının fraqmentləri" kitabı nəşr olunmuşdur[1].

Əlifba

2007-ci ildə Xınalıq kəndində Lomonosov adına Moskva Dövlət Universitetinin dilçilərindən və Xınalıq orta məktəbinin müəllimlərindən ibarət xınalıq dili əlifba komissiyasının iclasında Xınalıq dilinin latın qrafikası əsasında əlifbası qəbul edilmişdir[2]:

A a B b C c Cc cc C' c' Ç ç Çç çç Ç' ç' Ə ə F f G g Gh gh Ğ ğ H h Hh hh İ i
I ı J j K k Kk kk K' k' Kh kh Kx kx L l M m N n O o Ö ö P p Pp pp P' p' Q q
Qq qq Q' q' R r S s Ş ş T t Tt tt T' t' U u Ü ü V v X x Y y Z z Z̧ z̧ ʕ

Bu əlifbada bir çox nəşrlər dərc olundu, amma bütün ictimaiyyət onu müsbət qəbul etmədi, birinci növbədə onda çox sayda diqraflar olduğuna görə. 2013-cü ildə Xınalıq kənd sakini Elnur Məmmədov tərəfindən tərtib olunmuş Unicode sisteminə əsaslanan müasir Xınalıq Latın əlifbası kənd ictimaiyyəti və yerli ziyalılar tərəfindən müzakirə olunaraq qəbul olundu. Hazırda həmin əlifba yerli xalqın istifadəsindədir.[3]:

A a B b C c Ç ç Ĉ ĉ Ċ ċ D d E e Ə ə F f
G g Ğ ğ Ĝ ĝ H h Ĥ ĥ Ḣ ḣ X x X̂ x̂ I ı İ i
J j K k K̂ k̂ K̇ k̇ Q q Q̂ q̂ Q̇ q̇ L l M m N n
O o Ö ö P p P̂ p̂ Ṗ ṗ R r S s Ŝ ŝ Ş ş T t
T̂ t̂ Ṫ ṫ U u Ü ü V v Y y Z z Ẑ ẑ Ż ż

Leksikası

Xınalıq dili Azərbaycan dilinin güclü təsirinə məruz qalıb. Leksik azərbaycanizmlər demək olar ki, bütün leksik-tematik qruplara nüfuz edir. Azərbaycan dili vasitəsilə ərəb-fars leksik vahidləri (dars "dərs", duşman "düşmən", mahisul "məhsul", "camuş" camış " və s.), Həmçinin rus dilindən əsasən sovet dövrünə aid olan alınma sözlər də daxil olmuşdur.

Xarici keçidlər

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.