Xınalıq dağı
Xınalıq dağı — Azərbaycan Respublikasının Quba rayonunda, Baş Qafqaz silsiləsində dağ. Baş Qafqaz silsiləsindən şimal istiqamətində ayrılan qolun zirvəsidir[1].
Xınalıq dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 3730 m |
Yerləşməsi | |
41°13′49″ şm. e. 48°07′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon |
|
|
|
|
Qudyal çayı və onun sağ qolu Ağçayın mənbə hissəsi buradadır[2].
Hündürlüyü 3730 metrdir[1][2].
Yura dövrünün gilli şistləri və qumdaşılarından təşkil olunmuşdur[2].
Adlanması
Dağ adını ərazidəki eyniadlı yaşayış məntəqəsindən - Xınalıq kəndindən almışdır[1].
İstinadlar
- AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 351
- "Xınalıq dağı" məqaləsi, Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı, 1987, səh. 89. (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.