Xıllı nərə balıqartırma zavodu
Xıllı nərə balıqartırma zavodu — Neftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib.[1]
Haqqında
Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. [2]
Zavodun əsas təyinat istiqaməti
Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.[1] Əsasən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla artırılması ilə məşğul olur. Bundan əlavə, zavodda törədici balıqları öldürmədən onlardan bir necə il ana balıq kimi istifadə edilir. [2]
Tarixi
Sovetlər dönəmində Azərbaycanda bu tip 3 balıqartırma zavodu fəliyyət göstərirdisə müstəqillik dövründə bunlar sırasına Xıllı Nərə Balıqartırma zavodu da əlavə olunub və hazırda istehsal həcminə görə də, bu zavod onlardan ən böyüyü hesab olunur. Xıllı Nərə Balıqartırma zavodu istehsal həcminə görə regionda öndə gedir [1]
İstinadlar
- "Xıllı Nərə Balıqartırma zavodu istehsal həcminə görə regionda öndə gedir". 2018-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
- Xıllı nərə balıqartırma zavodu gələn ay Xəzərə 6 milyon balıq körpəsı buraxacaq