Xıllı nərə balıqartırma zavodu

Xıllı nərə balıqartırma zavoduNeftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib.[1]

Haqqında

Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. [2]

Zavodun əsas təyinat istiqaməti

Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.[1] Əsasən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla artırılması ilə məşğul olur. Bundan əlavə, zavodda törədici balıqları öldürmədən onlardan bir necə il ana balıq kimi istifadə edilir. [2]

Tarixi

Sovetlər dönəmində Azərbaycanda bu tip 3 balıqartırma zavodu fəliyyət göstərirdisə müstəqillik dövründə bunlar sırasına Xıllı Nərə Balıqartırma zavodu da əlavə olunub və hazırda istehsal həcminə görə də, bu zavod onlardan ən böyüyü hesab olunur. Xıllı Nərə Balıqartırma zavodu istehsal həcminə görə regionda öndə gedir [1]

İstinadlar

Həmçinin bax

Nərə balığı

Xarici keçidlər

Xıllı Nərə Balıqartırma Zavodu fəaliyyətini genişləndirir

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.