Xıdır Mustafayev

Xıdır Həsən oğlu Mustafayev (27 mart 1905, Gözəldərə, Aleksandropol qəzası21 may 1975, Bakı) — Sovet İttifaqı Qəhrəmanı.[1][2]

Xıdır Mustafayev
Mustafayev Xıdır Həsən oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 27 mart 1905(1905-03-27)
Doğum yeri
Vəfat tarixi 21 may 1975(1975-05-21) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Rütbəsi polkovnik
Komandanlıq edib
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı

Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır.

1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.

1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.

1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu darmadağın edərək Fastov şəhərini onlardan tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşalon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ambarını qoyaraq, qaçdı.

1945-ci ildə Bakıya gəlir, bir müddət İçəri şəhərdə yerləşən Bakı Şəhəri Hərbi Kamendaturasına rəhbərlik etmiş, sonra mülki işə keçmiş, Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazırlıyındə şöbə rəisi, 1 nömrəli Bakı Taksomator Parkının direktoru vəzifələrində şalışmışdır.

Xıdır Mustafayev 21 may 1976-cı ildə 71 yaşında Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Təltifləri

2 Lenin ordeni, Qırmızı Ulduz Ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

Fastov uğrunda döyüşlərə müdrikliklə komandanlıq etdiyinə və döyüş meydanında qəhrəmanlığı ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Ədəbiyyat

İstinadlar

  1. "Мустафаев Хыдыр Гасан оглы". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
  2. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза генералам, офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 10 января 1944 года Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 19 января (№ 3 (263)). — С. 1

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.