Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.
Xıdır Alovlu | |
---|---|
Xıdır Binnat oğlu Alovlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 mart 1934 |
Vəfat tarixi | 27 yanvar 2019 (84 yaşında) |
Həyatı
1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var.
Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir.
Siyasi kariyerası
Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur.
2000-ci il noyabrın 5-də 39 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olmuşdur.
Əsərləri
İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata aid onlarla əsərlər yazmış, kitablar çap etdirmişdir.