Xüsusi iqtisadi zona

Xüsusi iqtisadi zona — iş və ticarət haqqında olan qanunların ölkənin digər regionlarından fərqli şəkildə icra olunduğu zonalardır. Xüsusi iqtisadi zonalar bir ölkənin milli sərhədləri içərisində yer alır və onların məqsədi ticarət, investisiya və məşğulluğun artırılması və idarəetmənin effektiv təşkil edilməsidir. Müəssisələrin bölgəyə yerləşdirilməsini təşviq etmək üçün maliyyə siyasəti tətbiq olunur. Bu siyasət əsasən, investisiya, vergi, ticarət, kvotalar, əmək hüququgömrük ilə bağlıdır. Buna əlavə olaraq şirkətlərə vergi tətili tətbiq edilə bilər; burada bir bölgədə qurulduğundan daha aşağı vergilər xüsusiyyətinə malik olurlar.

Ev sahibi olan ölkə tərəfindən xüsusi iqtisadi zonaların yaradılması, birbaşa xarici investisiya cəlb etmə arzusuyla motivasiya edilə bilər.[1][2] Bir şirkətin xüsusi iqtisadi zonada yerləşərək təmin etdiyi faydalar, beynəlxalq miqyasda rəqabət apara bilmək məqsədiylə daha aşağı qiymətə əmtəə istehsal edib sata biləcəyi mənasına gələ bilər.[1][3]

İstinadlar

  1. Special Economic Zones Progress, Emerging Challenges, and Future Directions, https://openknowledge.worldbank.org/bitstream/handle/10986/2341/638440PUB0Exto00Box0361527B0PUBLIC0.pdf Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  2. Woolfrey, Sean | başlık = Special economic zones and regional integration in Africa, http://www.tralac.org/files/2013/07/S13WP102013-Woolfrey-Special-economic-zones-regional-integration-in-Africa-20130710-fin.pdf Arxivləşdirilib 2016-09-19 at the Wayback Machine
  3. Goldman Sachs says reforms to create 110 mn jobs for economy in 10 yrs, http://www.businesstoday.in/current/economy-politics/goldman-sachs-says-reforms-to-create-110-mn-jobs-for-economy-in-10-yrs/story/204721.html Arxivləşdirilib 2016-06-29 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.