Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi
Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Vasitələrin Tətbiqi Dəstələri (XVTD) — Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qoşun Birləşməsi.
Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi | |
---|---|
Növü | hərbi |
Yaranma tarixi | 2011-indiyədək |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Respublikası Daxili Qoşunları |
Daxildir | Azərbaycan Silahlı Qüvvələri |
Tərkibi | zabit və gizirlədən ibarətdir |
Vəzifəsi | ictimai əsayişin və ictimai təhlükəsizliyin mühafizəsi |
Hissə | Dəstə |
Himayədarı | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi |
Şüarı | Üç rəngli bayrağıma,şəhid qanı ilə suvarılan torpağıma,ümumilider Heydər Əliyev Əlirza oğlunun ideya və prinsiplərinə sadiq qalacağıma... AND İÇİRƏM,AND İÇİRƏM,AND İÇİRƏM |
Rəngləri | Göy |
Marşı | |
Təchizatı | Dünya ölkələrində xüsusi xidmət orqanlarının ictimai təhlükəsizliyi qorumaq üçün istifadə etdiyi müasir silahlar |
2011-ci ildə yaradılmış, xüsusi təlim keçmiş peşəkar elit dəstələr. Bu dəstələr əsasən ictimai əsayişin qorunması, cinayətkarların zərərsizləşdirilməsi və ölkə daxilində baş verəcək hər hansı bir təhlükənin qarşısını almaq üçün yaradılmışdır. XVTD-nin əməkdaşları əsasən konrakt əsasında xidmət edirlər. Xarici ölkələrdə məsələn: Rusiya Federasiyasında hamıya tanış olan "OMON" dəstələri, qardaş Türkiyə Respublikasında "Jandarma (Türkiyə)"-da öz ölkərində Daxili Qoşunlar kimi fəaliyyət göstərir və vəzifələrin yerinə yetirir. Bu qrumun qulluqçuları xarici ölkələrdə (Amerikada,Türkiyədə,Çində) xüsusi təyin olunmuş təlimlərdə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinə aid hərbi forma geyinirlər və baş geyimləri isə "mavi beret"dir.
Bildiyimiz kimi Daxili Qoşunların şəxsi heyəti Qarabağ Müharibəsi zamanı böyük şücaət göstərmişlər, beləki qızğın döyüşlər zamanı Daxili Qoşunlar 1166 nəfər yaralı,268 nəfər itkin və 510 şəhid vermişdir. Daxili Qoşunların XVTD-nin vəzifə borclarından biridə: "Lazım gələrsə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaqdır". Hər bir Xüsusi Təyinatlılar aid şüar kimi onlarında andı vardır:"Üç rəngli bayrağıma,şəhid qanı ilə suvarılan torpağıma, ümumilider Heydər Əliyev Əlirza oğlunun ideya və prinsiplərinə sadiq qalacağıma… AND İÇİRƏM, AND İÇİRƏM, AND İÇİRƏM !!!"
Devizləri — Komando ölməz, Vətən bölünməz.