WorldWideWeb

WorldWideWeb (daha sonra proqram təminatıÜmumdünya hörümçək toru arasında qarışıqlıq olmasın deyə Nexus adlandırıldı) — ilk veb-brauzer[2]veb-səhifə[3] redaktorudur. 1994-cü ildə fəaliyyəti dayandırıldı. Bu ilk WYSIWYG HTML redaktorudur.

WorldWideWeb
Loqonun şəkli
Tipi brauzer
Tərtibatçı Tim Berners-Li[1]
Əməliyyat sistemi NeXTSTEP[d][1]
Sonuncu versiya
  • 0.18
Lisenziya ictimai varidat
Sayt w3.org/People/Berners-Le…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnternetin mənbə kodu 30 aprel 1993-cü ildə ictimaiyyətə təqdim edildi.[4][5] Kodun bir hissəsi hələ də CERN muzeyində Tim Berners-Li-nin NeXT kompüterindədir. Kompüter tarixi əsər hesab edildiyi üçün ondan istifadə etmək mümkün deyil.[6] Dünyaya İnterneti təqdim edən tədqiqat mərkəzinin 20 illik yubileyinə uyğun olaraq, 2013-cü ildə CERN-də İnternetin yaranması ilə əlaqəli bu orijinal aparat təchizatıproqram təminatını qorumaq məqsədilə bir layihə başlamışdır.[7]

Tarix

Tim Berners-Li 1990-cı ilin ikinci yarısında CERN-də işləyərkən "NeXT Computer"[5] WorldWideWeb-i yaradıb. İlk nəşr iki aylıq inkişafdan sonra 1990-cı il dekabrın 25-nə qədər tamamlandı.[8] Brauzer xəbər qruplarında elan edildi və 1991-ci ilin avqustunda geniş ictimaiyyətə təqdim edildi.[8][9] Bernd Polerman, Robert Kayo, Jin-François Qrof[10]Nikola Pellou (sonradan Line Mode Browser yaradıcısı) da daxil olmaqla digər şəxslər də layihədə iştirak etdilər.[8]

Berners-Li 1991-ci ildə WorldWideWeb brauzeri üçün müxtəlif adları nəzərdən keçirdi.[11] Bunlara misal olaraq The Mine of Information və ya The Information Mesh-i demək olar. Brauzerin 1994-cü ildə yeni versiyası çıxdı. Onu Ümumdünya hörümçək torun-dan fərqləndirmək üçün Nexus Browser adlandırdılar.[12]

Tərtibatçı komanda, NeXT sistemdən digər əməliyyat sistemlərinə köçürmək çətin olduğu üçün redaktə etmək imkanı olmayan "passiv brauzerlər" yaratdı. Bundan əlavə, komanda brauzerləri X Window sisteminə köçürməkdə çətinlik çəkdi. Buna səbəb isə komanda üzvlərinin heç birinin X Window sistemi ilə təcrübəsinin olmamasıdır. Nəticədə X Window sistemi ilə uyğunluğu təmin etmək üçün lazımi düzəlişləri edə bilmədilər.[3]

Berners-Li və Qrof daha sonra WorldWideWeb-in bir çox komponentlərini C proqramlaşdırma dili versiyasına uyğunlaşdıraraq libwww API yaratdılar.[13]

ViolaWWW və digər brauzerlər populyarlıq baxımından Mosaic-in kölgəsində qaldı. Mosaic 1993-cü ilə qədər WorldWideWeb proqramını əvəz etdi. Onun yaradıcıları Ümumdünya hörümçək torunun daha da inkişafı üçün standartların və təlimatların müəyyənləşdirilməsi kimi digər layihələr üzərində işləməyə başladılar. Buraya HTML və müxtəlif verilənlərin ötürülməsi protokollarının inkişafı daxildir.

CERN direktoru WorldWideWeb-in mənbə kodunu 30 aprel 1993-cü ildə ictimaiyyətə yayımladı. Proqramın bir neçə versiyası hələ də müxtəlif Ştatlarda fəaliyyət göstərir.[14] Berners-Li əvvəlcə onu GNU-nun Ümumi İctimai lisenziyası altında buraxmağı düşünürdü, lakin lisenziyalaşdırma ilə bağlı hər hansı bir problem yaranarsa, şirkətlərin konsepsiyadan imtina edə biləcəyi barədə şayiələr eşitdikdən sonra onu ictimaiyyətə buraxmağa qərar verdi.[15]

Xüsusiyyətləri

NeXTSTEP platformasında və onun üçün nəzərdə tutulan proqram NeXTSTEP – in bir çox komponentindən istifadə edir-NeXTSTEP mətn sinfi əsasında qurulmuş WorldWideWebi mühərrikidir.[2]

WorldWideWeb NeXT sistemi tərəfindən dəstəklənən MIME tipindən istifadə edərək əsas üslub cədvəllərini göstərə, PostScript,[3][5] filmlər və səslər kimi müxtəlif fayl növlərini aça bilər.[5] O həmçinin xəbər qruplarını gəzməyə imkan verir və orfoqrafik yoxlama funksiyasına malikdir. Əvvəlki versiyalarda NeXTSTEP-dəki mətn sinfi şəkil obyektlərini dəstəkləyənə qədər şəkillər ayrı pəncərələrdə göstərilirdi.[5] WorldWideWeb FTP, HTTP, NNTPlokal fayllar kimi müxtəlif protokolları dəstəkləyir. WorldWideWeb-in sonrakı versiyaları şəkilləri eyni pəncərədə göstərə bilir.[2]

Brauzer WYSIWYG redaktoru kimi istifadə edilə bilər.[2][3] Bu eyni anda müxtəlif pəncərələrdə birdən çox səhifəni redaktə etməyə və əlaqələndirməyə imkan verir. "Mark Selection" funksiyası seçilmiş mətni sonuncu işarələnmiş ankora çevirir. "Link to Marked" funksiyası isə keçidlərin yaradılmasına imkan verir. Bununla belə səhifələri uzaqdan redaktə etmək olmur, çünki tətbiqin inkişafı zamanı HTTP PUT metodu istifadə olunmayıb.[2] Fayl sistemindəki faylları redaktə etmək və sonra HTTP serverindən istifadə edərək internetdə xidmət göstərmək olar.

WorldWideWeb-in naviqasiya panelində Növbəti (ing. Next) və Əvvəlki (ing. Previous) düymələri var. Bu düymələr avtomatik olaraq istifadəçini son ziyarət edilən səhifədəki növbəti və ya əvvəlki keçidə aparır. Bu funksiya Opera və ya HyperCard-dakı Geriyə (ing. Rewind) və Sürətli İrəli (ing. Fast Forward ) düymələrinə bənzəyir. Məsələn, keçidlər cədvəlindən səhifəyə keçəndə əvvəlki düyməsi cədvəldə əlaqələndirilmiş əvvəlki səhifəni yükləyəcək. Bu, bağlantıların siyahısı olan veb-səhifələr üçün xüsusilə faydalıdır.[2] Bir çox veb-səhifələr hələ də bu funksiyadan istifadə etsə də, digər müasir brauzerlər tərəfindən geniş şəkildə qəbul edilməmişdir. Bunun əvəzinə müasir veb-dizayn ilə veb-səhifələrini birləşdirmək üçün açıq naviqasiya düymələrinə və ya başlıqlarda yazılmış bağlantılara əsaslanır. Bu veb-dizaynerlərin və tərtibatçıların üzərinə daha çox məsuliyyət qoyur, lakin naviqasiya bağlantılarının təqdimatına daha yaxşı nəzarət etməyə imkan verir.

Sonrakı brauzerlərdə heç bir əlfəcin yoxdur. Lakin oxşar bir xüsusiyyətlə təmin edilmişdir: istifadəçilər linki sonrakı istifadə üçün öz ana səhifələrində (səhifə başla) saxlaya bilərdilər. İstifadəçilər müasir veb-brauzerlərin işarətləmələrdəki qovluqlara bənzər bir neçə ana səhifə yarada bilərlər.[3]

Həmçinin bax

İstinadlar

  1. https://www.w3.org/People/Berners-Lee/WorldWideWeb.html.
  2. Berners-Lee, Tim. "The WorldWideWeb browser". World Wide Web Consortium. 4 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2010.
  3. Petrie, Charles; Cailliau, Robert. "Interview Robert Cailliau on the WWW Proposal: "How It Really Happened."". Institute of Electrical and Electronics Engineers. November 1997. 6 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
  4. "The document that officially put the World Wide Web into the public domain on 30 April 1993". CERN. 21 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2013.
  5. Berners-Lee, Tim. "Frequently asked questions – What were the first WWW browsers?". World Wide Web Consortium. 3 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2010.
  6. "The birth of the Web | CERN". home.cern. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.
  7. Ghosh, Pallab. "Cern re-creating first web page to revere early ideals". BBC News. 22 April 2013. 8 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2013.
  8. Berners-Lee, Tim. "A Brief History of the Web". World Wide Web Consortium. 1993. 29 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2010.
  9. "A Little History of the World Wide Web". www.w3.org. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
  10. Jean-François Groff. "NeXT editor upgrade proposal". World Wide Web Consortium. 13 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2010.
  11. "Welcome to info.cern.ch". CERN. 5 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2010.
  12. Boulton, Jim. "The Nexus Browser | Digital Archaeology" (ingilis). 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-15.
  13. Stewart, Bill. "Web Browser History". Living Internet. 20 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2010.
  14. "browsers.evolt.org". browsers.evolt.org. 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  15. "History of Libwww" (PDF). səh. 3. 2009-09-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-02-14.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.