Wizz Air

Vizeyr (Wizz Air) Macarıstan Hava Yolları MMC (mac. Wizz Air Hungary Légiközlekedési Kft.) — Macarıstanın ucuzqiymətli hava yolları şirkətidir. Əsas qərargahı Budapeştdə List Ferenç Hava Limanında yerləşir. Hava yolları AvropaOrta Şərqdə daha çox ikinci hava limanlarına üstünlük verir. Macarıstan hava yolları şirkətlərinin içində ən çox donanmaya sahib olan hava yollarıdır.

"Wizz Air (Vizeyr)"
Loqonun şəkli
IATA
W6
ICAO
WIZZ
Çağırış adı
Wizzair
Təsis olunub Sentyabr 2003
Fəaliyyətə başlayıb 19 May 2004
Mərkəz hava limanı List Ferenç (Ferihec)
Donanma ölçüsü 179 194 (iyun 2023)
Təyinat məntəqələri 194 (iyun 2023)
Qərargahı Budapeşt Macarıstan Macarıstan
Rəhbər Yojef Varadi
Gəlir
  • 2.550.000.000  (2018)[1]
Xalis mənfəət
  • 261.300.000  (2018)[1]
İşçi sayı
  • 7.300 nəf. (2023)[2]
Saytı wizzair.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Wizz Air Katovitsada
Laurus Offices Building B, the head office of Wizz Air

Hava yolları 2003-cü ilin Sentyabrında qurulmuşdur. Amerikan şirkəti olan İndigo Partners bu şirkətin ilk sərmayədarı olmuşdur[3].

İlk uçuş 19 May 2004-cü ildə Katovitsadan yerinə yetirilmişdir. İlk 3 ay yarım vaxt ərzində 250 000, ilin sonunda isə 1.4 milyon sərnişin daşımışdır.

Hava yollarının hazırkı başçısı keçmiş Malev Hava Yollarının başçısı Yojef Varadidir. Hava Yolları Budapeştdə qeydiyyatdan keçərək,[4]PolşadaBolqarıstanda filiallarını açmışdır.

2011-ci ilin statistikasına əsasən, Wizz Air 11 milyon sərnişin daşımışdır. Son illərdə Wizz Air Çexiya, Bolqarıstan, Makedoniya, Rumıniya, LitvaSerbiyada yeni qərargahlar açmağa başlayır. Polşa hal-hazırda hava yolları üçün ən gəlirli məntəqə olaraq qalır.[5]

Təyinat məntəqələri

Wizz Air-in istiqamətləri[6][7]
Bolqarıstan işarəli Airbus A320-200 London Lutondan qalxarkən

Maliyyətin az başa gəlməsi üçün hava yolları ikinci hava limanlarına üstünlük verir.

Wizz Air Katovitsadan London Qatvikə 2008-ci ildə birbaşa uçuşlar açdı.[8]. Qış aylarında Varşavadan Milan Berqamo və Qrenobl şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir. 2008-ci ilin Yanvar ayından Qdanskdan Burnemut, Koventri və Göteborqa birbaşa uçuşlar həyata keçirilir.

Həmin ilin yayında Katovitsa və Budapeştdən Gironaya uçuşlar başladı. Budapeştdən həm də İrakliona, Korfuya, BurqasaVarnaya səyahət etmək mümkündür.

Rumıniyaya uçuş sayılarını genişləndirərək, Wizz Air-in əhatə dairəsi dahada böyüdü[9]. 15 Fevral 2009 tarixindən etibarən Timişoaradan, həmin ilin Martında Buxarestdən, May ayında isə Kluj-Napokadan uçuşlar başladı.

2012-ci ilin Fevral ayında Wizz Air, Debrecen Hava Limanından uçuşlara başlayacağını elan etdi[10].

2013-cü ildə hava yolları şərq ölkələrinə doğru genişlənməyə başladı. Tel ƏvivəDubaya reyslərinin açılmasından sonra, Wizz Air Bakıyada birbaşa uçuşların təşkil olunacağını açıqladı. Hal hazırda hər iki istiqamətə uçuşlar vardır. İlk uçuş tarixi 2013-cü ilin İyun ayının 17-nə oldu.[11].

Budapeştdən uçuşlar

Wizz Air A320-200

Xidmət

Müştəri fikirlərinə görə Wizz Air 2 ulduzlu hava yolları sayılır. Əsasən Ryanair ilə müqayisə olunur[12][13].

Uçuş xidmətləri

Təyyarə içində olarkən müştərilərə Wizz Kafe adlı xidmət təklif olunur. Bu xidmət vasitəsi ilə müştərilər içki və yemək ala bilərlər. Bundan əlavə təyyarədə Wizz Butik sərnişinlərə xidmət göstərir. Hər iki xidmət üçün əsas pul vahidi Avrodur. Uçuş məntəqəsindən asılı olaraq, həmin ölkənin pul vahididə qəbul olunur. Wizz Air uçuşları həmçinin EuroCard, MasterCard və Visa kredit və debit kartlarını qəbul edir.[14]

Yeni kabin baqajı siyasəti

2012-ci ildə Wizz Air yeni baqaj siyasəti işə saldı. Bu siyasət sərnişinlərin kabinə balaca çanta gətirmələrinə icazə olacaq. 42x32x25sm ölçülü baqajlar içəri pulsuz buraxılacaqdır. Lakin 56x45x25sm ölçülü baqajlarda qiymət €10-€30 arasında dəyişir[15]. Böyük baqajlara isə €50 verilməlidir.

Wizz Air – Airbus A320 Kabini

Təyyarə parkı

Wizz Air-in təyyarə parkı aşağıdakı kimidir:[16]

Təyarənin növü İstifadədə Sifariş edilib Əlavə Sərnişin tutumu
Y Ümumi
Airbus A320ceo 52 0 180 180
Airbus A320neo 6 0 186 186
Airbus A321ceo 35 0 HA-LTD "100th Airbus" 230 230
Airbus A321neo 47 10 239 239
Airbus A330-200F 1 0 - cargo
Ümumi 141 10

İstinadlar

  1. https://www.coface.cz/content/download/186543/3096111/file/CER-CZ-CEE_Top_500_2019_booklet.zip. Compagnie Française d'Assurance pour le Commerce Extérieur, 2019.
  2. https://wizzair.com/en-gb/information-and-services/investor-relations/general-information. 2023.
  3. "Ryanair meets Wizz Air: does a merger make sense?". 2009-07-08. 2009-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-28.
  4. "Company information (official registration number 13-09-096209)". 12 March 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 February 2009.
  5. "Wizz Air: 15% wzrost, w Polsce tylko 2%". 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
  6. "Wizz Air Online Booking". Wizz Air (ingilis). 2008-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
  7. "Wizz Air Map". Wizz Air (ingilis). 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
  8. "Wizz Air launches London Gatwick – Katowice flight". 2007-08-09. 2010-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-05.
  9. "Wizz Air adds three new A320 aircraft and doubles capacity in Romania – 15 new routes in the next six months". 2010-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  10. "Wizz Air begins flights between Debrecen and London from June 18, 2012". January 6, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2013.
  11. "WizzAir enters Azerbaijan". 2015-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  12. "Airlinequality.com about Wizz Air". Skytrack Research. 20 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2009. (#apostrophe_markup)
  13. "Airlinequality.com 2 star list". Skytrack Research. 24 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2009. (#apostrophe_markup)
  14. "Wizz Café and Wizz Boutique Arxivləşdirilib 2012-02-15 at the Wayback Machine." Wizz Air. Retrieved on 3 February 2012.
  15. " Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine"
  16. "Wizz Air Fleet". 2017-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.