WeChat (çin. 微信, pinyin: Wēixìn) — mobil telefonlar üçun mətn və səs mesajlarının ötürülməsi üçün tətbiq. Çin şirkəti olan Tencent tərəfindən hazırlanmışdır. Mobil tətbiqin ilk buraxılışı 2011-ci ilin yanvar ayında olub.
Tipi | Smartfon üçun mesajlaşma proqramı |
---|---|
Tərtibatçı | Tencent |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | iOS, Android, Blackberry, Windows Phone. |
Yayımlanma tarixi | 21 yanvar 2011 |
Platforma | Veb-səhifə |
Sonuncu versiya |
|
Sayt | wechat.com |
Vikianbarda əlaqəli mediafayllar |
Tətbiq hal hazırda İOS və Android əməliyyat sistemi üzərindən işləyir. Tətbiq əvəllər işlədiyi Symbian, Windows və J2ME/S40 əməliyyat sistemləri ilə işləyən mobil telefonlar və BlackBerry telefonları üçun dəstəyini dayandırıb artıq.Tətbiqin həmçinin vebinterfeys dəstəyidə var.
WeChat, Hindistanda, Tencentə məxsus olan "Lbibo" oyun saytı vasitəsilə fəaliyyət göstərir.[2]
"WeChat"ın daxilində pul əməliyyatları aparmaq mümkündür, tətbiqin daxili ödəmə sistemi "WeChat Pay" adlanır. Maraqlıdır ki, şirkət 2016-cı ildə Çin Yeni ili zamanı, "PayPal"ın 2015-ci ildə keçirdiyi əməliyyatların cəmindən daha çox əməliyyat həyata keçirdir.[3]
Tarixi
"WeChat"ın hazrılanmasına, 2010-cu ilin oktyabr ayında Tencentin Quançjouda yerləşən Tədqiqat və Layihələr Mərkəzində başlanır.[4] Tətbiqin ilkin versiyası Allen Zhang tərəfindən yaradılmış və Tencentin CEO'su Ma Huateng tərəfindən Weixin (微 信) adlandırılır.[5] Bu versiya 2011-ci ildə istifadəyə verilmişdir.
2012-ci ildə tətbiqin istifadəçi sayı 100 milyona çatdıqda, "Weixin"in adı beynəlxalq bazar üçün WeChat olaraq dəyişdirilir.
2013-cü ildə "WeChat Pay"ın istifadəyə verilməsindən bir il sonra aylıq aktiv istifadəçilər 400 milyona çatır.[6] Bunun 90 faizi Çində yaşayan insanlar idi.
2016-cı ildə "WeChat"ın aylıq aktiv istifadəçi sayı 889 milyona çatır. Müqayisə üçün, 2016-cı ildə Facebook Messenger və WhatsAppda aylıq bir milyarda yaxın aktiv istifadəçi var idi, lakin onlar "WeChat"da mövcud olan digər xidmətlərin əksəriyyətini təklif etmirdilər.[7][8]
"SimilarWeb"ə görə, WeChat 2016-cı ildə Çin və Butanda ən populyar mesajlaşma tətbiqi olur.[9]
2017-ci ilin ikinci rübündə "WeChat"ın sosial media reklam gəlirləri, Facebookun 9,3 milyard ABŞ dollarlıq ümumi gəliri ilə müqayisədə 0,9 milyard ABŞ dolları (6 milyard RMB) təşkil etdi ki, bunun da 98 faizi reklamların payına düşürdu. "WeChat"ın əlavə dəyər gəliri 5.5 milyard dollar olur.[10]
2018-ci ildə tətbiqin sayı aktiv istifadəçi artaraq 1 milyard olur.[11][12]
2019-cu ildə artıq 1,151 milyard insan bu tətbiqdən istifadə edirdi.[13]
İstinadlar
- https://weixin.qq.com/cgi-bin/readtemplate?lang=zh_CN&t=weixin_faq_list&head=true.
- "Arxivlənmiş surət". 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- "Arxivlənmiş surət". 2018-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- https://web.archive.org/web/20121127173150/http://www.cn.wsj.com/gb/20121119/tec072332.asp
- "Arxivlənmiş surət". 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- "Arxivlənmiş surət". 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- "Arxivlənmiş surət". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- WeChat's world // The Economist. 2016-08-06. ISSN 0013-0613.
- "Arxivlənmiş surət". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- "WeChat now has over 1 billion active monthly users worldwide Arxivləşdirilib 2019-04-07 at the Wayback Machine // TechNode. 5 March 2018.
- [2018微信年度数据报告:每天10.1亿用户登陆微信 http://www.xinhuanet.com/zgjx/2019-01/10/c_137732668.htm Arxivləşdirilib 2019-03-22 at the Wayback Machine] // Синьхуа. 10 января 2019.
- 官方出品!2019 微信数据报告 Arxivləşdirilib 2020-01-10 at the Wayback Machine // Uisdc.com