Vyana Müasir İncəsənət Muzeyi

Vyanada Lyudviq Fondunun Müasir İncəsənət Muzeyi (alman dilində:Museum Moderner Kunst Stiftung Ludwig Wien, qısaldılmış şəkildə MUMOK) — Vyanada Muzey kvartalının tərkibində bədii muzey.

Vyana Müasir İncəsənət Muzeyi
Museum Moderner Kunst Stiftung Ludwig Wien
Loqonun şəkli
Əsası qoyulub 2001
Açılış tarixi 20 sentyabr 1962
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir Avstriya, Vyana şəhəri
48°12′13″ şm. e. 16°21′26″ ş. u.
Muzeyin saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Vyana Müasir İncəsənət Muzeyinin əsası 2001-ci ildə qoyulmuşdur [2]. Vyana Müasir İncəsənət Muzeyinin eksponatlarının əsasını Avstriyanın Lyudviq Fondundan olan tanınmış kolleksiyaçılar İren və Peterin əvvəllər «20-er Haus» adlanan muzey binasında və Fyurstenqassda yerləşən Lixtenşteyn sarayında nümayiş etdirilən əsərlər təşkil edirdi.

Vyana Müasir İncəsənət Muzeyinin «Ortner & Ortner» bürosu tərəfindən layihələşdirilən binası kub formasında tikilmiş və vulkahik dağ mineralları ilə üzlənmişdir. Layihənin ilk variantında binanın daha hündür inşa edilməsi nəzərdə tutulsa da, uzun sürən müzakirələrdən sonra bir neçə yeraltı mərtəbənin inşasının reallaşdırılması nəticəsində binanın hündürlüyü azaldılmışdır.

Xarici keçid

İstinadlar

  1. archINFORM (alm.). 1994.
  2. "MUMOK – Museum moderner Kunst". Inexhibit. August 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2015.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.