Vyana

Vyana (alm. Wien, ing. Vienna) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏTBeynəlxalq Atom Enerjisi Agentliyidir.

Vyana
Wien
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
48°12′30″ şm. e. 16°22′21″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub I əsr
İlk məlumat I əsr
Sahəsi
  • 414,78 km² (1 yanvar 2018)[2]
Mərkəzin hündürlüyü 151 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.973.403 nəf. (1 oktyabr 2022)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +43 1
Poçt indeksi 1000–1239, 1400, 1402, 1251–1255[4], 1300–1301[4], 1421, 1423, 1500, 1502–1503, 1600–1601, 1810, 1901
Nəqliyyat kodu W
Digər
wien.gv.at
Vyana xəritədə
Vyana
Vyana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-YorkParisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.

Vyananın rayonları

Vyananın rayonları
  • 1. İnner Ştadt (Innere Stadt)
  • 2. Leopoldştadt (Leopoldstadt)
  • 3. Landştrasse (Landstraße)
  • 4. Viden (Wieden)
  • 5. Marqareten (Margareten)
  • 6. Mariahilf (Mariahilf)
  • 7. Noybau (Neubau)
  • 8. Yozefştadt (Josefstadt)
  • 9. Alzerqrund (Alsergrund)
  • 10. Favoriten (Favoriten)
  • 11. Zimmerinq (Simmering)
  • 12. Maydlinq (Meidling)
  • 13. Hitzinq (Hietzing)
  • 14. Penzinq (Penzing)
  • 15. Rudolfshaym-Fünfhaus (Rudolfsheim-Fünfhaus)
  • 16. Ottakrinq (Ottakring)
  • 17. Hernals (Hernals)
  • 18. Verinq (Währing)
  • 19. Döblinq (Döbling)
  • 20. Brigittenau (Brigittenau)
  • 21. Floridsdorf (Floridsdorf)
  • 22. Donauştadt (Donaustadt)
  • 23. Lizinq (Liesing)

Əhali

İllər Əhali
1724150 000
1754175 460
1790200 000
1796235 098
1800231 900
1810224 548
1830401 200
1840469 400
1850551 300
İllər Əhali
1857683 000
1869900 998
18801 162 591
18901 430 213
19001 769 137
19102 083 630
19162 239 000
19231 918 720
19341 935 881
İllər Əhali
19391 770 938
19511 616 125
19611 627 566
19711 619 885
19811 531 346
19881 506 201
19911 539 848
20011 550 123
20081 680 447

Vyana əyalət parlamentində təmsil olunan partiyalar

Partiya2010200520011996199119871983
SPÖ Avstriya Sosial-Demokratlar Partiyası 49555243526261
ÖVP Avstriya Xalq Partiyası 13181615183037
Yaşıllar 1114117700
FPÖ Avstriya Azadlıq Partiyası 271321 (14)292382
BZÖ Avstriyanın Gələcəyi İttifaqı 00-(7)----
LİF 0-06---

Dil

Alman dili

Rəsmi dövlət dili Alman dilidir.

Din

Müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Təhsil

Vyana Universiteti
Vyana Tətbiqi İncəsənət Universiteti

Ali təhsil müəssisələri

  • Vyana İncəsənət Akademiyası
  • Vyana Tibb Universiteti
  • PEF Vyana Özəl İdarəetmə Univeristeti
  • Vyana Tətbiqi İncəsənət Universiteti
  • Vyana Təbii Resurslar və Tətbiqi Həyat Elmləri Universiteti
  • Vyana Universiteti
  • Vyana Veterinar Tibb Universiteti
  • Vyana İqtisadiyyat və Biznesin İdarəolunması Universiteti
  • Vyana Texnologiya Universiteti
  • Vyana Vebster Universiteti

Beynəlxalq təhsil müəssisələri

The Diplomatic Academy is housed in the Neue Favorita Palace
  • Vyana Beynəlxalq Amerika Məktəbi
  • Dunay Beynəlxalq Məktəbi
  • Vyana Xristian Məktəbi
  • Vyana Beynəlxalq Məktəbi
  • Vyana Beynəlxalq Universiteti

Mədəniyyət

Vyanada Bethoven, Haydn, Şubert və Brahms kimi sənətkarlar yaşayıb yaradıblar. Ata Ştraus bu şəhəri vals rəqsinin mərkəzinə, Maks Reynhard isə teatr incəsənətini öyrənmək mərkəzinə çevirib. Avstriyanı bütün dünyada məşhurlaşdıran isə, onun Vyana Filarmoniyası və Vyana Dövlət Operası kimi mədəniyyət mərkəzləridir. Burada Qustav Miller və Rixard Ştraus kimi böyük dirijorlar fəaliyyət göstərib[5].

Qardaşlaşmış şəhərlər

Zaqreb (Xorvatiya), 1994
Tel-Əviv (İsrail), 2005
Varşava (Polşa), 2001
Moskva (Rusiya), 1991
Budapeşt (Macarıstan), 1990
Bratislava (Slovakiya), 1993
İstanbul (Türkiyə), 2007

Şəkillər

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.