Vulkanla üz-üzə (film, 2001)
Vulkanla üz-üzə | |
---|---|
Rejissor | Nazim Rza İsrafiloğlu |
Ssenari müəllifi | Nazim Rza İsrafiloğlu |
Operatorlar |
Kənan Məmmədov Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 2001 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 36 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2001 |
Rəng | rəngli |
Məzmun
Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır.
Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu
- Rejissor: Nazim Rza İsrafiloğlu
- Operator: Kənan Məmmədov, Nəriman Şıxəliyev
- Elmi məsləhətçi: Adil Əliyev (geologiya-mineralogiya elmləri doktoru)
- Səs rejissoru: Rəşad Mustafayev
- Musiqi tərtibatçısı: Rəşad Mustafayev
- Montaj edən: Yafət Xeyirov
- Rejissor assistenti: Mikayıl Əjdəroğlu
- Operator assistenti: Ziya Babayev, Taleh Məhərrəmov
- Səs tərtibatçısı: Həmid Rəsulov
- Sürücü: Tərlan Mehdiyev
- Mətni oxuyan: Nazim Rza İsrafiloğlu
- Redaktor: Aydın Kazımzadə
- Filmin direktoru: Valeh Həsənli (Valeh Həsənov kimi)
Çəkilişə köməklik edən qurumlar
- Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu
- Kompleks Dəniz Geoloji-Kəşfiyyat İdarəsi
- "Məmməd Süleymanov" Tədqiqat Gəmisi
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.