Vulkan bombası
Vulkan bombası (rus. бомбы вулканические, ing. volcanic bomb) — vulkan kraterindən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçası. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən kənar süxurdan və ya bərkimiş lavadan ibarət olur. Sonuncular "bürünmüş" vulkan bombası adlandırılır.[1]
Həmçinin bax
İstinadlar
- Vulkan bombası // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.