Vulkan boğazı
Vulkan boğazı (rus. жерло вулкана, ing. volcanic vent funnel, volcanic pipe, chimney, vent.) — vulkan ocağını Yer səthi ilə birləşdirən və kraterlə qurtaran, adətən, vertikal (və ya buna yaxın) kanalın yuxarı hissəsi; vulkan boğazı silindrik formaya yaxın olur. Vulkan boğazı çatlar boyu vulkan ocağına doğru uzanan ikinci dərəcəli çıxarıcı kanallarda yan krater əmələ gətirə bilər. Bəzən yanlış olaraq vulkan boğazı vulkan kanalının sinonimi kimi qəbul edilir.[1]
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
İstinadlar
- Vulkan boğazı // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.