Vuki
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır.
İlham
Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir.[1] "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü.[2][3]
Qoy vuki udsun
"Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.[4][5] Bu ifadə (bəzən "LTWW" inisializmi ilə xatırlanır)[6] atalar sözünə bənzər bir məna qazanmışdır: "Xırda mübahisələrdə, qoy buna daha çox önəm verən öz yolunu tutsun".[4] Bu, xüsusən də rəqibdən daha ağıllı görünmək kimi dayaz motivasiyaya malik olanlardan qaçmaq üçün həm də mübahisələrdən qaçınmaq barədə tövsiyə kimi də şərh edilə bilər.[5] İfadə və onun ifadə etdiyi münasibət, istismarçıya göz yummağa haqq qazandırmaq kimi şərh edilmiş və buna görə də tənqid edilmişdir.[7]
İstinadlar
- "Star Wars: 10 things about Chewbacca you probably didn't know". Daily Superheroes. January 18, 2016. March 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2020.
- "The Complete Conceptual History of Chewbacca". kitbashed.com. September 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 21, 2016.
- Folk, Bill. "Star Wars". terrymcgovern.com. April 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 21, 2016.
- "Is It Easy Being Green?": Writing the New College Application Essay, Justin Nevin, Sourcebooks Inc., Sep 18, 2014, page 18
- The 12 Principles of Pyong'hwa: Pathways and Perspectives for More Peace and Tranquility in Life, Steev Ramsdell, Balboa Press, 2012 ,page 194
- FoxTales: Behind the Scenes at Fox Software, Kerry Nietz, Hentzenwerke, 2004, page 170
- Conflict: From Theory to Action, Roxane Salyer Lulofs, Dudley D. Cahn, Allyn and Bacon, 2000, page 30