Voyvodina FK

"Voyvodina"Serbiyanın futbol klubu

Voyvodina FK
Ölkə
Yaranma tarixi 1914
Liqa Supeliqa
2022/23 5.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Əsası 1914-cü ildə qoyulan "Voyvodina" Serbiyanın Novi Sad şəhərini təmsil edir. "Ağ-qırmızılar" ən böyük uğurlarını keçmiş Yuqoslaviyanın daxili birinciliyində qazanıblar. 19661989-cu ildə çempionluğu bayram edən Novi Sad şəhərinin komandası 1957, 19621975-ci ildə ikinci yeri tutub.

"Voyvodina" ev oyunlarını elə təmsil etdiyi şəhərdə keçirir. 21 min azarkeş tutumuna malik olan "Karadorde" stadionu şəhərin ən böyük arenası sayılır. Serbiyanın 21 yaşadək gənclərdən ibarət yığma komandası da ev oyunlarını bu arenada keçirir. 2006-cı ildə isə stadionun yaxınlığında yeni baza təsis olunub ki, hazırda bu baza Serbiyada ən böyük və müasir komplekslərdən sayılır.

Məşhur futbolçuları

"Voyvodina" Serbiyada ən köklü komandalardan biri olduğu kimi, bir çox məşhur serb futbolçunu yetişdirən klub kimi də tanınır. İliya Panteliç, Miloş Krasiç və Sinişa Mixayloviç kimi məşhur oyunçular peşəkar futbola məhz "Voyvodina"da başlayıblar. Təbii ki, bu siyahıda daha çox diqqəti cəlb edən futbolçu Sinişa Mixayiloviçdir. "Srvena Zvezda", Roma, Latsio, Sampdoriyaİnter Milan kimi böyük klubların şərəfini qorumuş Mixayiloviç Serbiya millsində 63 oyun keçirib və 9 dəfə fərqlənməyi bacarıb. Karyerasını başa vuran Sinişa son mövsümdə İnter Milan klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

İntertoto kubokunun finalına gedən yol

"Voyvodina" avrokuboklarda Serbiyanı nadir hallarda təmsil edən komandadır. XX əsrin sonlarında, daha doğrusu 1998-99-cu il mövsümündə UEFA İntertoto Kubokuna vəsiqə qazanan Novi Sad təmsilçisi finala kimi irəliləyə bilmişdi. İlk turda Norveçin "Stabek" klubunu hər iki oyunda məğlub edən "ağ-qırmızılar" ikinci turda İsveç təmsilçisi "Örebro"nu yarışdan kənarlaşdırmağı bacarmışdılar. Üçüncü mərhələdə isə "Baltika" ilə qarşılaşan serblər doğma arenada qazandıqları böyükhesablı qələbə sayəsində yarımfinal mərhələsinə yüksəlmişdilər. Onların növbəti rəqibi Fransa təmsilçisi "Bastiya" olmuşdu. Maraqlıdır ki, hər iki oyunun nəticəsinə əsasən "Voyvodina" qapısını toxunulmaz saxlaya bilmiş və rəqibi nə az, nə çox - düz altı dəfə meydanın mərkəzinə dəvət etmişdi. UEFA Kubokuna vəsiqə qazanmağa yaxın olan serblərin bu istəyinin qarşısını Bremen "Verder"i almışdı.

Bir il sonra isə Novi Sad şəhərinin təmsilçisi ölkə çempionatında üçüncü pilləni tutaraq UEFA Kubokuna vəsiqə qazanır. Bu turnirdə onlar cəmi bir mərhələ irəliləyə bilirlər. Macarıstanın "Uypeşt" klubuna qalib gələn "Voyvodina" növbəti mərhələdə Slaviya Praqa klubuna məğlub olur.

Novi Sad təmsilçisinin avrokuboklarda növbəti iştirakı 2007/2008 mövsümə təsadüf edir. Yenə də UEFA Kubokunda Serbiyanı təmsil edən bu komanda 1999-2000 mövsümündə olduğu kimi, cəmi bir mərhələ irəliləyə bilir. İlk turda Malta "Hibernian"ını yarışdan kənarlaşdıran "Voyvodina"nın püşkatmada bəxti heç gətirmir. Onlar ikinci mərhələdə Atletiko Madrid klubu ilə üzləşirlər. Hər iki qarşılaşma ispanların qələbəsi ilə başa çatır.

Uğurları

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.