Voyeykov boğazı
Voyeykov boğazı — Sakit okeanda Kuril adalarının Kiçik Kuril cərgəsində yerləşən boğaz. Yuri adasını Zelyonı adasından ayırır. Boğazın uzunluğu 2 km-dir. Boğaz riflərlə əhatələnmişdir. Boğazın eni 740 — 925 metrə qədər dəyişir. Boğazın dərinliyi 14—50 metrdir. Burada dərinliyi 3 və 5,8 metr olan dayazlıqlar vardır. Tanfilev adasıda yerləşən Bolotnıy burnundan şimal-şərqdə dərinlik 6,3 metrə qədər azalır.
Voyeykov boğazı | |
---|---|
rus. Пролив Воейкова | |
Ümumi məlumatlar | |
Eni | minimum 2 km |
Ən böyük dərinliyi | 50 m |
Yerləşməsi | |
43°27′00″ şm. e. 146°07′00″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Yuri adası ilə Zelyonıy adası arasında yerləşir. |
|
Boğaz rus coğrafiyacısı və iqlimşunas Aleksandr Voyeykovun (1842-1916) şərəfinə adlandırılmışdır[1].
İstinadlar
- Pijyanov F.İ., Braslaveç K.M. "Kunaşir adası və Kiçik Kuril. Toponim lüğəti". 1983, 1994. 2013-05-24 tarixində orijinalından arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.