Volvulus

Volvulus (az. Bağırsaq çevrilməsi) (lat. volvere – çevrilmə deməkdir) — tibbi dildə həzm traktının xüsusilə bağırsaqların hər hansı bir nahiyəsinin çöz (müsariqə) oxu ətrafında burulması, dolaşması ya çevrilməsi. Bu patoloji bir hal olub, nəticə etibailə həzm traktının müvafiq hissəsinin qan təchizatının pozulması, işemiya və qanqrenası baş verir.

Bağırsaq çevrilməsi
KT də bağırsağın çözü ətrafında burulması
KT də bağırsağın çözü ətrafında burulması
XBT-10 K
XBT-10-KM K56.2
XBT-9 ,
XBT-9-KM 560.2[1][2]
DiseasesDB 13996
eMedicine ped/2415 
MeSH D045822
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
S-ə bənzər bağırsağın çevrilməsi nəticəsində qanqren

Növləri

Həzm traktının hansı hissəsində baş verməsinə müvafiq olaraq növlərə bölünür:

  1. Kor bağırsaq çevrilməsi
  2. Çənbər bağırsaq: S-ə bənzər çənbər bağırsaq çevrilməsi[3]

Əlamətləri

  • Kəskin sancı şəkilli qarın ağrıları
  • Ödlü qusma
  • Qanlı ishal
  • Ultrasəs müayinəsində genişlənmiş mədə ya onikibarmaq bağırsaq və bağırsaq ilgəklərinin vizualizə olunması şübhəli volvulus diaqnozunu qoymağa və təcili laparotomiyaya əsas verir.
  • Qanın labarator müayinəsində: (Leykositoz, laktat↑, CRZ↑)
  • Peritonit
  • Şok

Residivlərə səbəblər

  • Malabsorbsiya (lat. malus – pis və lat. absorptio – udma, sovrulma) nazik bağırsaqlarda sovrulma prosesinin pozulması
  • Qəbzlik (lat. Obstipation)

Diferensial diaqnostika

  • Invaginatio (az. İnvaginasiya) iç-içə keçmə

İstinadlar

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Sigmavolvulus". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.