Volter Vayt

Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır.

Volter Hartvell Vayt
Breaking Bad personajı
İlk görünmə
  • Breaking Bad:

"Pilot" (2008)

  • Better Call Saul:
"Breaking Bad" (2022)
Son görünmə
  • Breaking Bad:

El Kamino (2019)

  • Better Call Saul:
"Saul Gone" (2022)
Yaradan Vins Qilliqan
Canlandıran Brayan Krenston
Məlumat
Ləqəb(lər)i Heisenberg
Cinsi kişi[d]
Peşə
  • Narkobaron
  • "Gray Matter Technologies" şirkətinin həmtəsisçisi
  • Kimya müəllimi
  • Avtoyuma kassiri, sahibi və meneceri
Həyat yoldaşı Skayler Vayt
Uşaqlar

Volter Vayt Cuniyor (oğlu)

Holli Vayt (qızı)
Qohumlar

Henk Şreyder (bacanağı)

Mari Şreyder (baldızı)
Milliyyəti Amerikalı
Evi
Doğum tarixi 7 sentyabr 1958
Ölüm tarixi 7 sentyabr 2010 (52 yaşında)

Volter təcrübəli kimyaçı idi və həmtəsisçisi olduğu texnologiya şirkətini satmazdan əvvəl burada çalışırdı. Partnyorlarına milyardlar qazandıran Volter məyus şəkildə Albukerkedə məktəb müəllimi işləyirdi. O, həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən, 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. Sağalmaz xəstəliyə düçar olan Volter yaxında öləcəyini bilir və bu səbəbdən ölümündən sonra ailəsi üçün pul qoymağa qərar verir. Kimya biliklərinə sahib olan Volter keçmiş şagirdi Cessi Pinkman (Aaron Pol) ilə bir araya gəlir və ikisi metamfetamin istehsal edib satmağa başlayır.

Volter serial davam etdikcə qəddarlaşmağa doğru gedir, sonralar narkobarona çevrilir və kimliyini gizlətmək üçün "Heyzenberq" ləqəbindən istifadə edir. Volter törətdiyi bu çirkin əməllərdən Skaylerin bacısı əri DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşı Henk Şreyderin (Din Norris) xəbərdar olmasını istəmir.

Yaranması

"The Sopranos" serialından ilham alan Vins Qilliqan istəyirdi ki, "Breaking Bad"in baş qəhrəmanı Toni Soprano kimi yaxşı adamdan pis adama çevrilsin.[1] Soprano rolunun ifaçısı Ceyms Qandolfini vəfat edəndə Qilliqan demişdi ki, "Soprano olmasa idi Volter Vayt da olmazdı".[2] Qilliqan orta yaş böhranından əziyyət çəkən və bu səbəbdən pis işlərə baş vuran və cinayətə yönələn personaj yaratmaq fikrində idi. Qilliqan bu ideyanı "Məxfi materiallar" serialı üzərində işləyərkən dostu Thomas Schnauz ilə düşünmüşdü. Schanuzun ağlına RV sürən və metamfetamin hazırlayan bir şeylər gəlmişdi, Qilliqan heç vaxt qanun pozmayan Volter adlı kimya müəllimi personajını yaratdı.

Qilliqan "Məxfi materiallar" serialının "Drive" seriyasında Brayan Krenston ilə birlikdə işləmişdi. O, Volter Vayt personajını Krenstonun canlandırmasını istəyirdi, AMC rəsmiləri isə aktyoru çəkmək niyyətində deyildilər, Krenston o vaxtlar "Malcolm in the Middle" komediya serialı ilə tanınırdı.[3] Prodüserlər Krenstonun "Məxfi materiallar"dakı rolunu izlədikdən sonra onu seriala dəvət etdilər.

Bioqrafiya

Voter Vayt altı yaşında olarkən atası Hantinqton xəstəliyindən vəfat etmişdi. O, sonralar Kaliforniya Texnologiya İnstitutunda kimya təhsil alır və məzun olduqdan sonra Sandia Milli Laboratoriyasında elmi işçi vəzifəsində işləyir. Orada onun köməklik göstərdiyi proton radioqrafiyası tədqiqatı, 1985-ci ildə komandasına Kimya üzrə "Nobel" mükafatı qazandırır.[4][5] Volter pul mükafatının bir hissəsini istifadə edərək keçmiş sinif yoldaşı və yaxın dostu Eliot Şvartz (Adam Godley) ilə birlikdə "Gray Matter Technologies" şirkətini təsis edir.[6] Təxminən bu vaxtlarda Volter laboratoriya köməkçisi Qretçen Şvartz (Jessica Hecht) ilə münasibət qurur. O, "Grey Matter Technologies" şirkətindəki maliyyə payını 5000 dollara sataraq ayrılır.[5][7] Qretçen və Elliot sonralar evlənirlər və var-dövlət qazanırlar, bunu Volterin apardığı araşdırmalara borclu idilər.[7][8] Volter bu səbəbdən onların hər ikisindən inciyir.[8][9]

50 yaşlı Volter Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərin birində kimya müəllimi işləyir.[4][10] Volter bununla yanaşı gəlirini artırmaq üçün yerli avtoyuma məntəqəsində də çalışır.[11] Onun serebral iflicdən əziyyət çəkən Volter Cuniyor (R. J. Mitte) adlı yeniyetmə oğlu var. Volter və Skaylerin ikinci mövsümdə Holli adlı qızları dünyaya gəlir.[12] Volterin qohumları; Skaylerin bacısı Mari Şreyder (Betsy Brandt), onun əri DEA əməkdaşı Henk Şreyder (Din Norris) və Volterin heç vaxt görünməyən anasıdır.[13]

İstinadlar

  1. Chuck Klosterman. "Bad Decisions". Grantland. August 2, 2011. October 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2011.
  2. "Vince Gilligan: Without Tony Soprano There Would Be No Walter White". The Hollywood Reporter. June 26, 2013. January 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2021.
  3. Weingus, Leigh. "'Breaking Bad': John Cusack, Matthew Broderick Turned Down Walter White Role". The Huffington Post. New York City: Huffington Post Media Group. July 16, 2012. June 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2013.
  4. Gustini, Ray. "You Can Totally Still Catch Up on 'Breaking Bad' Before the Premiere". The Atlantic. Boston, Massachusetts. July 13, 2011. July 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2011.
  5. Woodward, Richard B. "Breaking Bad: Better Television Through Chemistry". The Huffington Post. New York City: Huffington Post Media Group. July 20, 2011. November 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2011.
  6. Hughes, Jason. "Breaking Bad: Gray Matter". TV Squad. February 25, 2008. May 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2011.
  7. Bowman, Donna. "Breaking Bad: 'Peekaboo'". The A.V. Club. Chicago, Illinois: Onion, Inc. April 12, 2009. October 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2017.
  8. Amitin, Seth. "Breaking Bad: "Peekaboo" Review". IGN. San Francisco, California: j2 Global. April 13, 2009. June 21, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 24, 2011.
  9. Sepinwall, Alan. "Breaking Bad, 'Peekaboo': Jesse collects a debt". The Star-Ledger. Newark, New Jersey. April 13, 2009. July 12, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2011.
  10. Sepinwall, Alan. "Breaking Bad: This guy walks into an oncologist's office..." The Star-Ledger. Newark, New Jersey: Advance Publications. January 20, 2008. September 15, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 22, 2011.
  11. Bowman, Donna. "Breaking Bad: "Pilot"". The A.V. Club. Chicago, Illinois: Onion, Inc. January 22, 2008. July 31, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 22, 2011.
  12. Owen, Rob. "Tuned In: 'Breaking Bad'". Pittsburgh Post-Gazette. January 20, 2008. October 12, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 22, 2011.
  13. Porter, Rick. "'Breaking Bad': Betsy Brandt says Marie and Hank have 'a tough road' in Season 4". Zap2it. Chicago, Illinois: Tribune Media Services. July 16, 2011. July 22, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 24, 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.